Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2557/2021 22.12.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilat "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - BOKT "xxxx" QSC) cavabdehlər X3 və Zamin qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək BOKT "xxxx" QSC ilə cavabdeh X3 arasında bağlanmış 06 iyul 2020-ci il tarixli, 005-RST-0021-20 saylı kredit müqaviləsinin ləğv edilməsini və cavabdehlər X3 və Zamin müştərək qaydada 1685,06 manat əsas borc, 118,63 manat faiz borcu, 214,09 manat cərimə borcu və 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə, 2048,18 manat məbləğində borcun tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilat "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" QSC ilə cavabdeh X3 arasında bağlanmış 06 iyul 2020-ci il tarixli, 005-RST-0021-20 saylı kredit müqaviləsinə əsasən cavabdeh X2 36 ay müddətinə qaytarmaq şərti ilə 1976 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq həmin tarixdə cavabdeh Zamin arasında zaminlik müqaviləsi bağlanmış və o həmin müqaviləyə əsasən X1 öhdəliklərini icrası məqsədilə onunla eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər X3 və Zamin kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışlar. Borcun ödənilməsinə dair cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilat "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər X3 və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin materiallarında olan iddiaçı Bank Olmayan Kredit Təşkilat "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X3 arasında bağlanmış 06 iyul 2020-ci il tarixli, 005-RST- 0021-20 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdeh X2 36 ay müddətinə qaytarmaq şərti ilə 1976 manat kredit verilmiş və verilmiş kreditin təminatı olaraq həmin tarixdə cavabdeh Zamin arasında zaminlik müqaviləsi bağlanmış və o həmin müqaviləyə əsasən X1 öhdəliklərini icrası məqsədilə onunla eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 22 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X1 06 iyul 2020-ci il tarixli, 005-RST-0021-20 saylı kredit müqaviləsi üzrə BOKT "xxxx" QSC-yə olan əsas borcu 1685,06 manat, faiz borcu 118,63 manat, cərimə borcu 214,09 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, cavabdehlər X3 və Zamin kredit müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca icra etməmişlər, hazırda onların iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 214,09 manat məbləğində dəbbə pulunun onun maddi vəziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, BOKT "xxxx" QSC ilə cavabdeh X3 arasında bağlanmış 06 iyul 2020-ci il tarixli, 005-RST-0021-20 saylı kredit müqaviləsi ləğv edilməli və cavabdehlər X3 və Zamin müştərək qaydada 1685,06 manat əsas borc, 118,63 manat faiz borcu, 10 manat cərimə borcu və 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə, 1844,09 manat məbləğində borc tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilat "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. BOKT "xxxx" QSC ilə cavabdeh X3 arasında bağlanmış 06 iyul 2020-ci il tarixli, 005- RST-0021-20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər X3 və Zamin müştərək qaydada 1685,06 manat əsas borc, 118,63 manat faiz borcu, 10 manat cərimə borcu və 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə, 1844,09 (bir min səkkiz yüz qırx dörd manat, doqquz qəpik) manat məbləğində borc tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilat "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2557/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2557/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver