Məhkəmə qərarları › İş №2(036)-2566/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2566/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2566/2023 27.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1610,0 manat alınıb onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh "xxxx" ASCnin Füzuli rayon filialından 15000 manat kredit götürmüş və kredit borcunu ödəməmişdir. O, həmin kredit müqaviləsi üzrə borclu tərəfin öhdəliyinin təmin olunması məqsədilə zamin dayandığı üçün onun kart hesabından cəmi 1610,65 manat tutularaq "xxxx" ASC-nin hesabına ödənilmişdir. Cavabdeh dəfələrlə tələb etməsinə baxmayaraq həmin məbləği indiyədək qaytarmadığına görə ondan 1610,66 manat tutulub ona verilməsi barədə iddia qaldırmışdır. İşdə olan kreditor "xxxx" ASC ilə Borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 187CLM19962322AA saylı Krediti müqaviləsinin surətinə əsasən Bank tərəfindən borcalana 48 ay müddətinə illik 27,84 faizllə cəmi 15.000,0 manat məbləğində kredit verilmişdir. İşdə olan kreditor "xxxx" ASC ilə Zamin İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli Z- 187CLM19962322AA saylı Zaminlik müqaviləsinin surətinə əsasən İddiaçı "xxxx" ASC ilə Borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 187CLM19962322AA saylı Krediti müqaviləsi üzrə Boralanın öhdəliklərinə görə onunla eyni ölçüdə məsuliyyət daşıyır. İşdə olan "xxxx" ASC-yə aid Ödəniş kartı üzrə çıxarışa əsasən İddiaçı 416974******0450 nömrəli kart hesabından xx.xx.2021-xx.xx.2022-ci il dövründə cəmi 1610,65 manat tutularaq xx.xx.2018-ci il tarixli 187CLM19962322AA saylı kredit müqaviləsi üzrə verilmiş kreditin qaytarılmasına yönəldilmişdir. AR Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 1610,65 manat tutulub İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1610,65(min altı yüz on) manat tutulub İddiaçı verilsin. Qətnamədən 1(bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar