Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2595/2020 23.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Bokt MMC-nin Cavabdeh qarşı “kreditin, faizlərin və vurulmuş zərərin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bokt MMC iddia ərizəsi ilə İmişli rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1399.04 manat əsas borc, 637.84 manat faiz borcu cəmi 2036.88 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun və Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan (boyunbağı (Q/S-585)- 1 ədəd, qolbağ(Q/S-585)-1 ədəd, üzük sadə(Q/S583)-1 ədəd, üzük qaşla(Q/S-585)-1 ədəd, sırğa(Q/S-585)-1 ədəd cəmi 5 sayda 44.85 qr. qızıl 1233.375 manat, əlavə zinət əşyalarının dəyəri 3167.73 manat) girov predmetinə yönəldilməsi, onların açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına İddiaçı Bokt MMC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, öhdəliklərin lazımi qaydada icra olunmamasına görə penyanın, vurulmuş zərərin, cəmi 2036.880 manat, həmçinin dövlət rüsumunun ödənilməsi; satışdan əldə olunan qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi, bu vəsaitin qətnamənin icrasına yeterli olmadığı halda isə, onun ümumi qaydada Cavabdeh başqa əmlakı hesabına icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Bokt MMCilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 38% olmaqla 1440 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsinin təminatı kimi həmin tarixdə tərəflər arasında xx xxxx 2019-cu il tarixli 138/0319-032ZG saylı girov müqaviləsi bağlanmış və o, xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan: boyunbağı (Q/S-585)- 1 ədəd, qolbağ(Q/S-585)-1 ədəd, üzük sadə(Q/S583)-1 ədəd, üzük qaşla(Q/S-585)-1 ədəd, sırğa(Q/S-585)-1 ədəd cəmi 5 sayda 44.85 qr. qızıl 1233.375 manat, əlavə zinət əşyalarının dəyəri 3167.73 manat məbləğində qiymətləndirilmişdir.Cavabdeh müqavilə üzrə öz üzərilərinə götürdükləri öhdəlikləri heç bir üzrlü səbəb olmadan yerinə yetirmədiyi üçün hazırki vaxta onun 1399.04 manat əsas borc, 637.84 manat faiz borcu vardır. Borcun ödənilməsinə dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilənin şərtlərini pozaraq borcu qaytarmaqdan qərəzli şəkildə boyun qaçırmışlar. Ona görə də iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, müəyyən maddi sıxıntıları olduğundan banka olan borcunu qaytara bilməmişdir. İddia tələbində göstərilən borc məbləğini tez bir zamanda banka qaytaracaqdır. Odur ki, iddianın girov predmetinə yönəldilməsi hissəsində təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan xx xxxx 2019-cu il il tarixli 138/0319-032 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı Bokt MMC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 38% olmaqla 24 ay müddətinə 1440 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli 138/0319-032ZG saylı girov müqaviləsinə əsasən 1 ədəd 17.68 qram çəkidə 585 əyarlı boyunbağı, 1 ədəd 12.08 qram çəkidə 585 əyarlı qolbağ, 1 ədəd 5.52 qram çəkidə 585 əyarlı sadə üzük, 1 ədəd 3.25 qram çəkidə 585 əyarlı qaşlı üzük və 1 ədəd 6.32 qram çəkidə 585 əyarlı sırğa, ümumilikdə 44.85 qram çəkidə qızıl-zinət əşyaları girov qoyulmuşdur. İşdə olan xx xxxx 2019-cu il tarixli 138/0319-032ZG saylı girov müqaviləsinə 1 saylı əlavədən görünür ki, tərəflər girov predmet olan 1 ədəd 17.68 qram çəkidə 585 əyarlı boyunbağının yekun dəyərini 1249,05 manat, 1 ədəd 12.08 qram çəkidə 585 əyarlı qolbağın dəyərini 853,02 manat, 1 ədəd 5.52 qram çəkidə 585 əyarlı sadə üzüyün dəyərini 389,16 manat, 1 ədəd 3.25 qram çəkidə 585 əyarlı qaşlı üzüyün dəyərini 229,60 manat və 1 ədəd 6.32 qram çəkidə 585 əyarlı sırğanın dəyərini 446,49 manat olmaraq razılaşmışlar. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxx 2020-ci iltarixə İddiaçı Bokt MMC-yə 1399.04 manat əsas borc, 637.84 manat faiz borcu, cəmi 2036.88 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296-cı maddəsinə görə tərəflər arasında razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 297-ci maddəsinə görə girov qoyulmuş əşya hərracda və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 298-ci maddəsinə əsasən satışdan götürülmüş məbləğdən girov saxlayanın tələbləri, o cümlədən girov saxlayanın bununla bağlı çəkdiyi və ya çəkəcəyi bütün xərclər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanılmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə uyğun qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1399.04 manat əsas borc, 637.84 manat faiz borcu, və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2066,88 manat məbləğində pul tutularaq İddiaçı Bokt MMC-nin xeyrinə ödənilməli, borcun tutulması girov predmeti olan xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus 1 ədəd 1249,05 manat dəyərində 17.68 qram çəkidə 585 əyarlı boyunbağı, 1 ədəd 853,42 manat dəyərində 12.08 qram çəkidə 585 əyarlı qolbağ, 1 ədəd 389,16 manat dəyərində 5.52 qram çəkidə 585 əyarlı sadə üzük, 1 ədəd 229,60 manat dəyərində 3.25 qram çəkidə 585 əyarlı qaşlı üzük və 1 ədəd 446,49 manat dəyərində 6.32 qram çəkidə 585 əyarlı sırğadan ibarət qızıl-zinət əşyalarına yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait hesabına cəmi 2036.880 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu İddiaçı Bokt MMC-nin xeyrinə ödənilməli, qalan vəsait cavabdehin özünə qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalıq borc cavabdehdən ümumi qaydada tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1399.04 manat əsas borc, 637.84 manat faiz borcu, və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2066,88 (iki min altmış altı manat səksən səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı Bokt MMC-nin xeyrinəödənilsin. Borcun tutulması girov predmeti olan xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus 1 ədəd 1249,05 manat dəyərində 17.68 qram çəkidə 585 əyarlı boyunbağı, 1 ədəd 853,42 manat dəyərində 12.08 qram çəkidə 585 əyarlı qolbağ, 1 ədəd 389,16 manat dəyərində 5.52 qram çəkidə 585 əyarlı sadə üzük, 1 ədəd 229,60 manat dəyərində 3.25 qram çəkidə 585 əyarlı qaşlı üzük və 1 ədəd 446,49 manat dəyərində 6.32 qram çəkidə 585 əyarlı sırğadan ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait hesabına cəmi 2036.880 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu İddiaçı Bokt MMC-nin xeyrinə ödənilsin, qalan vəsait cavabdehin özünə qaytarılsın. Satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalıq borc Cavabdeh ümumi qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2595/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2595/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver