Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2609/2023 22.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı «X9 Kompleksi» MMC-nin Cavabdeh qarşı pul tələbi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı «X9 Kompleksi» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 3660.80 manat əsas borc, 732.16 manat cərimə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 63.93 manat dövlət rüsumu olmaqla, cəmi 4456.89 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində “X9 Kompleksi” MMC, tədarükçü qismində “X9 Kompleksi” MMC-nin X10 və Tədarükü” məntəqəsi və fermer Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 261 saylı xam pambığın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh öhdəsində olan 7.60 hektar sahədə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə 5200.80 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş və müxtəlif xidmətlər göstərilmişdir. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyəri xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh xam pambıq istehsal edildikdən sonra iddiaçıya 3660.80 manat borcu qalmışdır. Beləliklə, cavabdeh 2021-ci il mövsüm üzrə xx.xx.2021-ci il tarixli 261 saylı alğısatqı müqaviləsinin 2.1.1, 2.1.5, 2.1.7, 3.1, 5.2-ci bəndlərini pozaraq istehsal edilən xam pambığı iddiaçıya tam təhvil verməmiş, həmçinin götürdüyü avans müqabilində tam borcunu ödəməmişdir. Bununla da cavabdehin əsas borcu 3660.80 manat və cərimə borcu 732.16 manat təşkil edir.
3. “X9 Kompleksi” MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 261 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən hazırki müqavilənin predmeti “Alıcı” tərəfindən “Satıcı” Cavabdeh məxsus fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 7.60 ha torpaq sahəsində pambıq əkib “Alıcıya” satmağı, “Alıcı” isə “Fermer”in istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə “Fermer”ə ödəməyi öhdəsinə götürür.
4. Müqavilənin 2.1.1-ci bəndinin tələblərinə əsasən, fermer mülkiyyətində olan və ya icarə müqaviləsi əsasında istifadə etdiyi 7.60 ha torpaq sahəsində işçi qüvvəsi ilə pambıq əkir və hər hektardan 30.0 sentnerdən az olmamaqla xam pambıq istehsal edib “Alıcı”nın mülkiyyətinə verir.
5. Müqavilənin 5.2-ci bəndinin tələblərinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə 20% həcmində cərimə ödəməlidir.
6. 10.10.2021-ci il tarixli Aktla müəyyən olur ki, “X9 Kompleksi” MMC-nin X10 və Tədarükü” məntəqəsi ilə fermer Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 261 saylı alğı-satqı müqaviləsinə əsasən Cavabdeh “X9 Kompleksi” MMC-nin X10 və Tədarükü” məntəqəsinin baş mühasibi X3, fermerlərlə iş üzrə əməliyyat texniki X5, baş aqronom X8, baş mexanik X1, sahə aqronomu X2, ərazi nümayəndəsi X4, fermer Cavabdeh iştirakı ilə komissiya yaradılmış və fermer Cavabdeh istifadəsində olan 7.60 ha pambıq əkin sahəsində görülmuş xidmətlər və verilmiş mal-materiallar üzrə 10 oktyabr 2021-ci il tarixə ümumi borcu 5200.80 manat təşkil edir.
7. Cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən qəzərli olaraq yayınmışdır.
8. İddiaçı tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, sonuncu müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir.
9. İddia ərizəsinin verilməsi üçün 63.93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və iddiaçının nümayəndəsi gəlməməsinin səbəbi kimi ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
12. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
14. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
15. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
17. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
18. Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. 2Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
29. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
30. Belə ki, iş materialları ilə müəyyən olur ki, alıcı qismində “X9 Kompleksi” MMC, tədarükçü qismində “X9 Kompleksi” MMC-nin X10 və Tədarükü” məntəqəsi və fermer Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 261 saylı xam pambığın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh öhdəsində olan 7.60 hektar sahədə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə 5200.80 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş və müxtəlif xidmətlər göstərilmişdir. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyəri xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh xam pambıq istehsal edildikdən sonra iddiaçıya 3660.80 manat borcu qalmışdır.
31. Cavabdeh 2021-ci il mövsüm üzrə xx.xx.2021-ci il tarixli 261 saylı alğı-satqı müqaviləsinin 2.1.1, 2.1.5, 2.1.7, 3.1, 5.2-ci bəndlərini pozaraq istehsal edilən xam pambığı iddiaçıya tam təhvil verməmiş, həmçinin götürdüyü avans müqabilində tam borcunu ödəməmişdir.
32. Cavabdehin “X9 Kompleksi” MMC qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Hazırda cavabdehin “X9 Kompleksi” MMC-yə 3660,80 manat məbləğində əsas borcu və 732,16 manat cərimə borcu qalmışdır.
33. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə borcun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur.
34. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
36. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
37. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
38. Məhkəmə cavabdeh tərəfdən «X9 Kompleksi» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 261 saylı xam pambığın alqı-satqısı haqqında müqavilə üzrə 80 manat dəbbə pulunun iddiaçının xeyrinə tutulmasını daha məqsədəmüvafiq və ədalətli hesab edir.
39. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
41. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
42. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
43. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilib, Cavabdeh xx.xx.2021-ci il tarixli 261 saylı xam pambığın alqı-satqı müqaviləsi üzrə 3660.80 manat əsas borc, 80 manat cərimə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 63.93 manat dövlət rüsumu tutularaq iddiaçı «X9 Kompleksi» MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı «X9 Kompleksi» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh xx.xx.2021-ci il tarixli 261 saylı xam pambığın alqı-satqı müqaviləsi üzrə 3660.80 manat əsas borc, 80 manat cərimə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 63.93 manat dövlət rüsumu tutulub iddiaçı «X9 Kompleksi» MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev