Məhkəmə qərarları › İş №2(036)-263/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-263/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-263/2021 03.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qıznın katibliyi ilə, İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxx” KB ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh müştərək qaydada 1299 manat 39 qəpik əsas borc, 133 manat 02 qəpik faiz borcu, 36 manat 11 qəpik peniya borcu, 1 manat 59 qəpik komisyon borcu olmaqla ümumilikdə 1470 manat 11 qəpik borcun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxx» KB ASC-nın xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, İmişli rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(036)-6117/2015 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh həmin məhkəmə əmrinə yazılı etiraz edərək məhkəmə əmrinin ləğv edilməklə işə yenidən iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, İmişli rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(036)-6117/2015 saylı qərardadı ilə məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında yenidən baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 2344tklMS/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 27% olmaqla 60 ay müddətinə 1299 manat 39 qəpik məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Cavabdehə borcun qaytarılmasına dair xəbərdarlıq olunsa da heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı “xxxx” KB ASC tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə müraciət edildikdən sonra cavabdehin banka olan borcunda azalma olmuşdur ona görə də Cavabdeh 1108 manat 53 qəpik əsas borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” KB ASC məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin materiallarında olan kreditor “xxxx» KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 2344tklMS/14 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik faiz dərəcəsi 27% olmaqla 60 ay müddətinə 1299 manat 39 qəpik məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşin materiallarında olan tələbin həcminin azaldıması barədə ərizədən görünür ki, iddiaçı “xxxx» KB ASC Cavabdeh 1108 manat 53 qəpik əsas borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, hazırda onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdən görünür ki, məhkəmə əmrinə etiraz etmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxx 2014-cü il tarixli 2344tklMS/14 saylı kredit müqaviləsi üzrə 1108 manat 53 qəpik əsas borc və 20 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 1128 manat 53 qəpik borcun tutulub iddiaçı “xxxx” KB ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxx 2014-cü il tarixli 2344tklMS/14 saylı kredit müqaviləsi üzrə 1108,53 manat əsas borc və 20 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 1128,53 (bir min yüz iyirmi səkkiz manat əlli üç qəpik) tutulub iddiaçı “xxxx” KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar