Məhkəmə qərarları › İş №2(036)-2706/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2706/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2706/2020 10.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxx 2020-ci il tarixli SVLMB-4014 saylı kredit müqaviləsi üzrə 966.91 manat əsas borcun, 13.68 manat faiz borcunun, cəmi 980.59 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan 1 ədəd 14 qram çəkidə 583 əyarlı brilyant qolbağ, 1 ədəd 4.7 qram çəkidə 750 əyarlı brilyant üzük, 2 ədəd 6 qram çəkidə 585 əyarlı üzük, 1 ədəd 1.6 qram çəkidə 585 əyarlı qolbağ (qırıq) və 1 ədəd 1.3 qram çəkidə 585 əyarlı sırğadan ibarət ümumi çəkisi 27.6 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cəmi 980.59 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi və satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsi üçün yeterli olmadığı halda borcun tutulmasının Cavabdeh digər əmlaklarına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Şirvan” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli SVLMB-4014 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 30% olmaqla 18 ay müddətinə 1150 manat məbləğində kredit verilmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliklərin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx xxxxxx 2020ci il tarixli SVLMB-4014 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi Cavabdeh məxsus olan 1 ədəd 14 qram çəkidə 583 əyarlı brilyant qolbağ, 1 ədəd 4.7 qram çəkidə 750 əyarlı brilyant üzük, 2 ədəd 6 qram çəkidə 585 əyarlı üzük, 1 ədəd 1.6 qram çəkidə 585 əyarlı qolbağ(qırıq) və 1 ədəd 1.3 qram çəkidə 585 əyarlı sırğadan ibarət qızıl-zinət əşyası xx xxxxxx 2020-ci tarixli, SVLMB-4014 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx xxxxxx 2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC “Yasamal” filialına saxlanca verilmişdir. xx xxxxxx 2020-ci il tarixli, SVLMB-4014 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulunu faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri lazımı qaydada icra etməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə teleqram ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edib təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alıb, cavabdehi dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 279-cu maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296-cı maddəsinə görə tərəflər arasında razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 297-ci maddəsinə görə girov qoyulmuş əşya hərracda və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 298-ci maddəsinə əsasən satışdan götürülmüş məbləğdən girov saxlayanın tələbləri, o cümlədən girov saxlayanın bununla bağlı çəkdiyi və ya çəkəcəyi bütün xərclər ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi onun maraqlarına toxunur və ədalət prinsiplərinə uyğun deyildir. Belə ki, İddiaçı ASC iddia tələbində girov predmeti olan əmlakların satışından əldə olunmuş vəsaitin borcun ödənilməsi üçün yeterli olmadığı halda borcun tutulmasının Cavabdeh digər əmlaklarına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Lakin iddiaçı cavabdehin yönəldilə biləcək digər əmlaklarının mövcudluğuna dair sübutlar və onların siyahısını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin cavabdeh tərəfindən etiraf olunması qismən qəbul olunmalı və borcun tutulması cavadehin digər əmlaklarından tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli SVLMB-4014 saylı kredit müqaviləsi üzrə 966.91 manat əsas borc, 13.68 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 1010.59 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma girov predmeti olan,Cavabdeh məxsus olan 1 ədəd 14 qram çəkidə 583 əyarlı brilyant qolbağ, 1 ədəd 4.7 qram çəkidə 750 əyarlı brilyant üzük, 2 ədəd 6 qram çəkidə 585 əyarlı üzük, 1 ədəd 1.6 qram çəkidə 585 əyarlı qolbağ (qırıq) və 1 ədəd 1.3 qram çəkidə 585 əyarlı sırğadan ibarət qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına cəmi 980.59 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli SVLMB-4014 saylı kredit müqaviləsi üzrə 966.91 manat əsas borc, 13.68 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1010.59 (bir min on manat, əlli doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinəödənilsin. Borcun tutulması girov predmeti olan,Cavabdeh məxsus olan 1 ədəd 14 qram çəkidə 583 əyarlı brilyant qolbağ, 1 ədəd 4.7 qram çəkidə 750 əyarlı brilyant üzük, 2 ədəd 6 qram çəkidə 585 əyarlı üzük, 1 ədəd 1.6 qram çəkidə 585 əyarlı qolbağ (qırıq) və 1 ədəd 1.3 qram çəkidə 585 əyarlı sırğadan ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar