Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2716/2023 30.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 2670 manat maddi ziyan, 40 manat dövlət rüsumu, 1500 manat mənəvi zərər olmaqla, cəmi 4210 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-ci il tarixdə saat 13:00 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Motosiklət İJ 5” markalı dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsi ilə Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində hərəkətdə olarkən, onunla əks istiqamətində hərəkətdə olan “X1 minik” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmaqla İddiaçı idarə etdiyi “X1 minik” markalı, ** HH *** dövlət nömrə nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, həmin avtomobilə 2670 manat dəyərində maddi ziyan vurulmasına səbəb olmuşdur. Qeyd olunan faktla bağlı Qəbələ RPŞ-nin İB tərəfindən araşdırma aparılmış və protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibatı qaydada həbs edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtomaşına ümumilikdə 2670 (iki min altı yüz yetmiş) manat maddi ziyan (smeta aktı əlavə olunur) vurulmuş və ona 1500 manat mənəvi ziyan dəymişdir.
3. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyyən olunur ki, buraxılış ili 2012-ci il olan “X1 minik” markalı, ** HH *** dövlət nömrə nişanlı avtomobil İddiaçı şəxsi mülkiyyətindədir.
4. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(025)-387/2023 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 gün müddətinə inzibatı qaydada həbs edilmişdir.
5. xx.xx.2023-cü il tarixli ziyan aktına əsasən “X1 minik” markalı, ** HH *** dövlət nömrə nişanlı avtomobilə 2670 manat məbləğində ziyan dəymişdir.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
7. Etirazda qeyd olunur ki, Cavabdeh idarə etdiyim “Motosiklet İJ 5” markalı nəqliyyat vasitəsilə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan iddiaçının idarə etdiyi “X1 minik” markalı, ** HH *** dövlət nömrə nişanlı sol yan hissəsi ilə toqquşub guya avtomobilə 2670 manat maddi ziyan vurulduğu göstərilir. Həmin tələbdə vurulmuş maddi ziyan həddindən artıq şişirdilmişdir. Belə ki, “X1 minik” markalı, ** HH *** dövlət nömrə nişanlı avtomobilə onun təqsirindən 2670 manat ziyan dəyməsi obyektiv, mötəbər sübutlarla təsdiq olunmur. Hadisə zamanı həmin avtomobilin sol yan hissəsi cüzi cızılmışdı və bunun foto şəkilləri də çəkilmişdir. Həmin şəkillər yol polisində vardır.Həmin vaxt avtomobilin təmirinə cəmi 150 manat xərc çəkilməli olması deyilirdi. Sonradan iddiaçı özünün xeyrinə təmir akı almışdır ki, burada da onun təsiri ilə təmir xərci çox artıq yazılıb. O, fəhləliklə məşğuldur. Ona görə də həmin avtomobilə qeyd edilən məbləğdə ziyan dəyməsi tamamilə əsassızdı. İddiaçı bu barədə heç bir inandırıcı sübut təqdim etməmişdir. Ona görə də iş üzrə avtomobilə dəymiş ziyanın məbləğinin dəqiq müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi zəruridir. Bundan əlavə, iddiaçının ona 1500 manat mənəvi ziyan dəyməsi heç bir sübutla təsdiq olunmur. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Cavabdeh iddia tələbini qismən qəbul etdi.
9. İddiaçı məhkəməyə telegram ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
22. Belə ki, iş materialları ilə müəyyən olur ki, Cavabdeh xx.xx.2023-ci il tarixdə saat 13:00 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Motosiklət İJ 5” markalı dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsi ilə Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində hərəkətdə olarkən, onunla əks istiqamətində hərəkətdə olan “X1 minik” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmaqla həmin avtomobilin sol yan hissəsi ilə toqquşmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyyən olunur ki, buraxılış ili 2012-ci il olan “X1 minik” markalı, ** HH *** dövlət nömrə nişanlı avtomobil İddiaçı şəxsi mülkiyyətindədir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(025)-387/2023 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibatı qaydada həbs edilmişdir. xx.xx.2023-cü il tarixli ziyan aktına əsasən “X1 minik” markalı, ** HH *** dövlət nömrə nişanlı avtomobilə 2670 manat məbləğində ziyan dəymişdir.
23. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(025)-387/2023 saylı qərarı ilə müəyyən olur ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Cavabdeh sürücülük vəsiqəsi olmadan ayıq vəziyyətdə idarə etdiyi “Motosiklet İJ 5” markalı, dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsi ilə Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yerləşən “Yeddi Gözəl” adlı şəlaləyə getmək üçün nəzərdə tutulmuş yerli əhəmiyyətli avtomobil yolunda Qəbələ rayonu, Vəndam qəsəbəsi istiqamətində hərəkətdə olarkən onunla əks istiqamətdə üzü “Yeddi Gözəl" adlı şəlalə istiqamətində hərəkətdə olan Mercedes Vito markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmaqla İddiaçı idarə etdiyi Mercedes Vito markalı, ** HH *** dövlət nömrə nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, baş vermiş yol nəqliyyat hadisəsi zamanı özünün sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aid olan bədən xəsarəti almış, Mercedes Vito markalı, ** HH *** nömrə nişanlı minik avtomobilinə isə 2670 manat dəyərində maddi ziyan vurulmasına səbəb olmuşdur.
24. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir.
27. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.
29. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, hər bir şəxs əmlakının kənar təsirlərdən qorunması hüququna malikdir və onun əmlakına dəyən zərərin əvəzini zərərvurandan tələb edə bilər.
30. İşin faktiki halları ilə müəyyən olur ki, iddia 2670 manat maddi ziyan tələbinə dair hissəsində əsaslı olub, toplanmış sübutlarla öz təsdiqini tapdığına görə təmin edilməlidir.
31. İddia mənəvi zərər tələbinə dair hissədə əsassız olub, bu barədə iddia ərizəsində heç bir dəlil irəli sürülməmiş, həmin halların nədən ibarət olması göstərilməmiş və əsaslandırılmamışdır. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilə bilməz.
32. Məhkəmə qeyd edir ki, hər kəsin məhkəmədə iddia qaldırmaq, pozulmuş hüquq və azadlıqlıqlarının bərpası üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ vardır.
33. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
35. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
36. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
37. Cavabdeh öz etirazının əsaslarını təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir.
38. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh maddi ziyana görə 2670 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 40 manat tutularaq İddiaçı xeyrinə ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 2670 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 40 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev