Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2750/2022 19.10.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2019-2022-ci illər ərzində ona məxsus torpaq sahələrindən qanunsuz olaraq istifadə edərək gəlir kimi əldə etdiyi ümumilikdə 38.754 manat məbləğində pulun və 207 manat məbləğində dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həmkəndlisidir. İmişli Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 15 saylı qərarı ilə ona və ailə üzvlərinə kənd təssərrüfatı məhsulları istehsalı məqsədi ilə 3.59 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixdə JN-0336 seriyalı, 90700108 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Ailə üzvlərinin ümumi razılığı əsasında həmin torpaq sahəsinin istifadəsi ona həvalə edilmişdir. Bundan başqa İmişli rayonu Qızılkənd Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 05 qərarı ilə “Torpaqların alqısatqı”sına dair müqaviləyə əsasən xx.xx.2003-cü il tarixdə İmişli rayonu Qızılkənd kəndində kənd təssərrüfatı inkişafı məqsədi ilə 2.0 hektar torpaq sahəsini İmişli rayon Qızılkənd Bələdiyyəsindən almışdır. Həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. 2018-ci ildə Cavabdeh hər iki torpaq sahəsinin 1 (bir) il müddətinə ona icarəyə verilməsini xahiş etmiş və o da hər iki torpaq sahəsini 1 (bir) il müddətinə Cavabdeh icarəsinə vermişdir. Həmin müddət bitdikdən sonra o mülkiyyətində olan 3.59 və 2.0 hektar torpaq sahələrindən istifadə etmək qərarına gəlmişdir. Bundan sonra Cavabdeh dəfələrlə mülkiyyətində olan həmin torpaq sahələrindən çıxmağı tələb etsə də, cavabdeh ona məxsus torpaq sahələrindən çıxmaqdan imtina etmişdir. Buna görə də o, Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-730/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh onun xüsusi mülkiyyətində olan İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 3.59 ha və 2.0 ha təssərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılması və torpaq sahələrindən istifadə etməsinə maneə olan qanunazidd hərəkətlərinə son qoyulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-2824/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-730/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)- 1227/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ondan 7513 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb Cavabdeh verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-3089/2021 saylı qətnaməsi ilə onun tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-1227/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, ondan 4860 manat pulun Cavabdeh xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2 (036)-730/2021 saylı qətnaməsi xx.xx.2022-ci il tarixdə İmişli rayon icra və probasiya şöbəsinin əməkdaşları tərəfindən icra edilmiş, Cavabdeh onun xüsusi mülkiyyətində olan İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 3.59 ha və 2.0 ha kənd təsərrüfatı təyinatı torpaq sahələrindən çıxarılmış və torpaq sahələrindən istifadə etməyinə maneə olan qanunazidd hərəkətlərə son qoyulmuşdur. Buna baxmayaraq sonradan Cavabdeh yenə də torpaq sahəsindən çıxmamış və torpaq sahəsindən qanunsuz olaraq istifadə etməyə davam etmişdir. Hazırda da həmin torpaq sahələri cavabdehin sahibliyində və istifadəsindədir. Qeyd etmişdir ki, İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 3.59 ha və 2.0 ha kənd təssərrüfatı təyinatı torpaq sahələri 4 il ərzində Cavabdeh qanunsuz olaraq sahiblik və istifadəsində olmuş, həmin müddətdə cavabdeh torpaq sahələrindən kənd təsərrüfatı əkini üçün istifadə etmiş və gəlir götürmüşdür. Cavabdeh 2019-cu ildə həmin torpaq sahəsində yonca bitkisi əkmiş, həmin ilin may, iyun, iyul və avqust ayları üzrə təxminən 3320 ədəd yonca presi əldə etmişdir. Həmin dövrdə yonca presinin 1 ədədinin qiyməti 1.90 manat olmuş, nəticədə cavabdeh təxminən 6308 manat gəlir əldə etmiş, həmin gəlirin 1234 manatı xərclərə sərf edilmiş, 5074 manat xalis gəlir əldə etmişdir.Bundan başqa cavabdeh 2020-ci ildə həmin torpaq sahəsində yonca bitkisi əkmiş, həmin ilin may, iyun, iyul və avqust ayları üzrə təxminən 3450 ədəd yonca presi əldə etmişdir. Həmin dövrdə yonca presinin 1 ədədinin qiyməti 3.80 manat olmuş, nəticədə cavabdeh təxminən 13.110 manat gəlir əldə etmiş, həmin gəlirin 1250 manatı xərclərə sərf edilmiş, 11.860 manat xalis gəlir əldə etmişdir. Bundan başqa cavabdeh 2021-ci ildə həmin torpaq sahəsində yonca bitkisi əkmiş, həmin ilin may, iyun, iyul və avqust ayları üzrə təxminən 3500 ədəd yonca presi əldə etmişdir. Həmin dövrdə yonca presinin 1 ədədinin qiyməti 3.60 manat olmuş, nəticədə cavabdeh təxminən 12.600 manat gəlir əldə etmiş, həmin gəlirin 1260 manatı xərclərə sərf edilmiş, 11.340 manat xalis gəlir əldə etmişdir. Bundan başqa cavabdeh 2022-ci ildə həmin torpaq sahəsində yonca bitkisi əkmiş, həmin ilin may, iyun, iyul və avqust ayları üzrə təxminən 2000 ədəd yonca presi əldə etmişdir. Həmin dövrdə yonca presinin 1 ədədinin qiyməti 3.50 manat olmuş, nəticədə cavabdeh təxminən 7000 manat gəlir əldə etmiş, həmin gəlirin 1320 manatı xərclərə sərf edilmiş, 5680 manat xalis gəlir əldə etmişdir. Ümumilikdə Cavabdeh 4 il ərzində torpaq sahələrindən istifadə nəticəsində təxminən 39.018 manat ümumi gəlir əldə etmiş, həmin gəlirin 5064 manatı xərcləri təşkil etmiş, 33.954 manat xalis gəlir əldə edilmişdir. Beləliklə Cavabdeh 4 il ərzində həmin torpaq sahələrindən istifadə etməklə ümumilikdə 38.754 manat məbləğində gəlir əldə etmişdir. Cavabdeh 2019-2022-ci illər ərzində ona məxsus torpaq sahələrindən qanunsuz olaraq istifadə edərək gəlir əldə etdiyindən həmin gəlir ona verilməlidir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və təmin olunmasını xahiş etdi. Cavabdeh iddianın qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 2018-ci il tarixdə qarşılıqlı şifahi razılığa əsasən İmişli rayonu, Qızılkənd kəndində yerləşən İmişli Rayon Aqrar İslahat Komissiyasının 15 saylı, 28 dekabr 2001-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə özlərinin xüsusi mülkiyyətinə verilmiş 3.59 ha. torpaq sahəsini və İmişli Rayonu Qızılkənd Bələdiyyəsinin 5 saylı, 08 aprel 2003-cü il tarixli qərarı ilə “Torpaqların alğı-satqı”sına dair müqaviləyə əsasən kənd təsərrüfatı inkişafı məqsədi ilə xüsusi mülkiyyətinə verilmiş 2.0 ha. torpaq sahəsini ona satmışdır. O, iddiaçıya hər iki torpaq sahəsinin pulunu ödəmiş, lakin mübahisə predmeti olan həmin torpaq sahələrinin “Alğı-satqısı”na dair İddiaçı ilə aralarında notariat qaydasında müqavilə bağlanmamışdır. İddiaçı bundan istifadə edərək məhkəmə yolu ilə onu həmin torpaqlardan çıxartdırmışdır. O, İznullanın torpaq sahələrini özbaşına əkməmişdi, belə bir şeyin mümkünlüyü də inandırıcı deyildir. Həmin torpaq sahələrinin dəyərini İddiaçı ödəməsi digər məhkəmə işlərində də öz təsdiqini tapmışdır. Lakin onun həmin torpaq sahələrinə dair hüquq müəyyənedici sənədləri olmadığından məhkəmə qanun çərçivəsində onun həmin torpaqlardan çıxarılmasını qət etmişdir. İddiaçı indi də bu vəziyyətdən istifadə edərək, yəni həmin qətnaməyə arxalanaraq ondan pul tələb edir. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi tam şəkildə əsassızdır. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, sübut etmək yükü üzərinə düşən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədiyindən, həmin hallar mövcud olmayan hallar kimi qiymətləndirilməli və iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2750/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2750/2022
19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver