Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2774/2020 18.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı «xxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki işə İmişli rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək «xxxxxxxx» ASCnin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli EHKN- 00148-17/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 4707.92 manat əsas borc, 718.11 manat faiz borcu, 85.59 manat dəbbə borcu, ümumilikdə 5511.62 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada alınıb «xxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxxxxxx» ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli EHKN-00148-17/19A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik faiz dərəcəsi 26% olmaqla 5000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kredit müqaviləsinə əsasən verilmiş kreditin təminatı olaraq cavabdeh Zamin iddiaçı ilə xx.xx.2019-cu il tarixli EHKN-00148-17/19A saylı zaminlik müqaviləsi bağlamışdır. Lakin cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, borcu tam olaraq ödəməmişdirlər. Borcluya və zaminə müxtəlif vaxtlarda xəbərdarlıq edilib, lakin heç bir nəticəsi olmayıb. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı «xxxxxxxx» ASC məhkəməyə teleqramma ilə müraciət edərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə illik faiz dərəcəsi 26 % olmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit verməyi, cavabdeh isə müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, verilmiş kreditin təminatı olaraq cavabdeh Zamindir və o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşin materiallarında olan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Zamin ilə «xxxxxxxx» ASC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli EHKN-00148-17/19A saylı kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşin materiallarında olan «xxxxxxxx» ASC tərəfindən verilmiş maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixinə banka olan əsas borcu 4707.92 manat, faiz borcu 718,11 manat və cərimə borcu 85,59 manat məbləğində təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunur ki, borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında əsas borc kimi 4707.92 manat, faiz borcu kimi 718.11 manat, cərimə borcu kimi 85.59 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada əsas borc 4707.92 manat, faiz borcu 718.11 manat, cərimə borcu 85.59 manat, 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, cəmi 5542.02 manat tutulub «xxxxxxxx» ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada əsas borc 4707.92 manat, faiz borcu 718.11 manat, cərimə borcu 85.59 manat, 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, cəmi 5542.02 (beş min beş yüz qırx iki manat, iki qəpik) manat tutulub «xxxxxxxx» ASC-nin xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2774/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2774/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver