Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2802/2023 14.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Füzuli rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ayda 240 (iki yüz qırx) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək bir uşaq üçün ayda 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər bir uşaq üçün 80 manat olmaqla ayda 240 manat sabit pul məbləğində aliment kəsilmişdir.Lakin həmin məbləğ uşaqların maddi ehtiyacını və müalicə xərclərini ödəmək üçün kifayət etmir.Bundan başqa uşaqların böyüməsi ilə onların saxlanılması üçün tələb olunan vəsait ilbəil artır və o, uşaqların maddi ehtiyacının təmin olunmasında çətinlik çəkir.Cavabdeh uşaqlarla maraqlanmır və kəsilmiş alimenti ödəməkdən yayınır.Ona görə də, qət olunmuş alimentin miqdarının artırılaraq hər bir uşaq üçün 220 manat olmaqla 660 manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia qaldırılmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Füzuli rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə ayda 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment kəsilmişdir.Cavabdeh heç yerdə işləmədiyindən İddiaçı xeyrinə kəsilmiş ayda 240 manat məbləğində alimenti ödəməkdə çətinlik çəkir və şəxsi ehtiyaclarını ödəyə bilmir.Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşdə olan AZ-İİ №103464 saylı «doğum şəhadətnaməsinin» surətinə əsasən Cavabdeh doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 Elnur Bəxtiyar oğlundan törəmişdir. İşdə olan AZ-İİ №103465 saylı «doğum şəhadətnaməsinin» surətinə əsasən Cavabdeh doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 Elnur Bəxtiyar oğlundan törəmişdir. İşdə olan AZ-İİ №480585 saylı «doğum şəhadətnaməsinin» surətinə əsasən Cavabdeh doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 Elnur Bəxtiyar oğlundan törəmişdir. İşdə olan Füzuli rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(064)-1564/2022 saylı qətnaməsinin surətinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X11, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X1 Elnur Bəxtiyar oğlunun yanında qalmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. AR Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentinm ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində hər hansı bir yaxşılaşmanın olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də İddiaçı irəli sürdüyü dəlillər iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 235, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2802/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2802/2023
14.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver