Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2807/2020 12.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimiQənbərov Ülvi Oktay oğlu, iddiaçı LP BOKT «X1» MMC-nin Cavabdehqarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LP BOKT «X1» MMC-nin Cavabdehqarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edibiddiaçı LP BOKT «X1» MMC-nin xeyrinə Cavabdeh748.59manat əsas borc, 81.72 manat faiz borcu, 74.86 manat cərimə, cəmi 905.17 manat vəödənilmiş dövlət rüsumuna görə 30 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor LP BOKT «X1» MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli LD/15322/00263 saylı kredit müqaviləsinəəsasən müqavilə tərəfləri borcalana illik 25.00 faizlə 18 ay müddətinə 1060.00 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan ödəniş cədvəlinəəsasən Cavabdeh LP BOKT «X1» MMC-dən aldığı 1060.00 manat kredit məbləğini cəmi 277.73 manat faizlə birlikdə ayda 89.00 manat ödəməklə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli LD/15322/00263 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsiüzrə ödənilməmiş qaydada 748.59manat əsas borc, 81.72 manat faiz borcu, 74.86 manat cəriməhesablanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh748.59manat əsas borc, 81.72 manat faiz borcu, 74.86 manat cəriməvə dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Yuxarıda qeydolunanlaraəsasənAzərbaycanRespublikasıMPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrinirəhbərtutaraq Q Ə T E T D İ: İddia tələbitəmin olunsun. Cavabdeh748.59 (yeddi yüz qırx səkkiz manat əlli doqquz qəpik) manat əsas borc, 81.72 (səksən bir manat yetmiş iki qəpik) manat faiz borcu, 74.86 (yetmiş dörd manat səksən altı qəpik) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30(otuz) manat tutulub iddiaçı LP BOKT «X1» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə AzərbaycanRespublikasıŞirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2807/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2807/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver