Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2813/2020 27.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehlər Cavabdeh və Zamin iştirakları ilə, X5 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddia ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı BOKT “xxxxxxxxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2017-ci il tarixli LD/17009/00007 saylı kredit müqaviləsi üzrə 5599.57 manat əsas borcun, 559.96 manat cərimənin, ümumilikdə 6159.53 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq BOKT «xxxxxxxx” MMC-nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT “X6” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli LD/17009/00007 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 0 % faiz dərəcəsi ilə 7535.9 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi BOKT «X6” MMC ilə cavabdeh Zamin arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər Cavabdeh və Zamin kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliklərini yerinə yetirməmişlər. Borcun ödənilməsinə dair cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, BOKT “X6” MMC-dən kredit götürmüşdür, lakin maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. O, borcunu ödəməkdən yayınmaq fikrində deyil, maddi imkanı olan kimi borcunu ödəyəcəkdir. Belə ki, iddia tələbində göstərilən əsas və faiz borc məbləğini mübahisələndirmir, lakin qeyd olunan cərimə məbləği ilə razı deyildir. Onun 559.96 manat cərimə ödəməyə imkanı yoxdur, imkanı olsaydı banka olan borcunu ödəyərdi və ona qarşı nə iddia qaldırılmazdı, nə də cərimə hesablanmazdı. Odur ki, nəzərə alınmasını və dəbbə pulunun minimum həddə azaldılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Zamin iddianı qəbul etməyərək, izahatında göstərdi ki, bankdan krediti Cavabdeh götürüb və o da ona zamin durmuşdur. Ona görə də kredit borcunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işə əlavə edilmiş X7 Təşkilatı “X6” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli LD/17009/00007 saylı Kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh X7 Təşkilatı “X6” MMC-dən 48 aymüddətinə illik, 0 % faiz dərəcəsi ilə 7535.9 manat məbləğində kredit götürmüşdür. İş materiallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə kredit müqaviləsi üzrə bütün hüquqlar və tələblər X7 Təşkilatı “xxxxxxxx” MMC-yə güzəşt edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxx 2017-ci il tarixli LD/17009/00007 saylı Kredit müqaviləsi üzrə Cavabdeh X7 Təşkilatı “xxxxxxxx” MMC-yə olan əsas borcu 5599.57 manat, cərimə üzrə 559.96 manat təşkil edir. İşin materiallarında olan ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh BOKT «xxxxxxxx» MMC-dən aldığı7535.9 manat kredit məbləğinin aylıq ödəniş cədvəlinə uyğun olaraq ödəməklə xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək tam şəkildə ödəyib qutarmağını öhdəsinə götürmüşdür. İşin materiallarında olan xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən Zamin ilə BOKT «xxxxxxxxxx» MMC-nin arasında bağlanmış xx.xx.2017-ci il tarixli LD/17009/00007 saylı kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2017-ci il tarixli LD/17009/00007 saylı kredit xətti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, hazırda onun iddiaçının qarşısında 5599.57 manat əsas, 559.96 manat cərimə, cəmi 6159.53 manat məbləğində icra edilməmiş borc öhdəlikləri vardır. İşdən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi BOKT «xxxxxxxx” MMC ilə cavabdeh Zamin arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 467-ci maddəsinə görə мəhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehlərin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 559.96 manat məbləğində dəbbə pulunun onun maddi əziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2017-ci il tarixli LD/17009/00007 saylı kredit müqaviləsi üzrə 5599.57 manat əsas borc, 10 manat cərimə (dəbbə pulu) və 30 manat məbləğində dövlət rüsumu, cəmi 5639.57 manat məbləğində pul tutulub iddiaçı BOKT «xxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-230, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2017-ci il tarixli LD/17009/00007 saylı kredit müqaviləsi üzrə 5599.57 manat əsas borc, 10 manat cərimə (dəbbə pulu) və 30 manat məbləğində dövlət rüsumu, cəmi 5639.57 (beş min altı yüz otuz doqquz manat əlli yeddi qəpik) manat məbləğində pul tutulub X5 Kredit Təşkilatı «xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2813/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2813/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver