Məhkəmə qərarları › İş №2(036)-282/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-282/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-282/2024 09.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, iddiaçı «X2 Kompleksi» MMC-nin cavabdeh Hasanov Magir Başir oğluna qarşı pul tələbi barədə iddiasına dair mülki işə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «X2 Kompleksi» MMC-nin cavabdeh Hasanov Magir Başir oğluna qarşı pul tələbi barədə iddia qaldıraraq qaldıraraq xam pambığın alqı-satqısına dair tərəflər arasında bağlanmış 12 mart 2020-ci il tarixli 165 saylı müqavilədən irəli gələn öhdəliyi qarşı tərəfin lazımi qaydada icra etməməsi səbəbindən ona dəymiş maddi zərərin ödənilməsi üçün xeyrinə 22120 manat əsas borc, 4424 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 170 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışına hazırlanması baxılması mərhələsində iddiaçı «X2 Kompleksi» MMC-nin nümayəndəsi X1 iddia ərizəsinin geri qaytarılması haqqında ərizə verərək işin baxılmamış saxlanmasını xahiş etmişdir. AR MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, öz istəyi nəzərə alınaraq iddiaçı «X2 Kompleksi» MMC-nin cavabdeh Hasanov Magir Başir oğluna qarşı pul tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı «X2 Kompleksi» MMC-nin cavabdeh Hasanov Magir Başir oğluna qarşı pul tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar