Məhkəmə qərarları › İş №2(036)-2830/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2830/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2830/2022 01.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 96 manat məbləğində pulun və 30,40 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 fevral 2020-ci il tarixli, MAS-2160 saylı “Daxili lizinq” müqaviləsinə əsasən cavabdehə müvəqqəti sahiblik və istifadəsinə 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Cavabdeh tərəfindən “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(036)-1757/2021 saylı qətnaməsi ilə (hakim Q.Hacıyev) İddiaçı MMC-nin iddası qismən təmin edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücü Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı BNA-nın elektron portaldan alınmış çıxarışla da öz təsdiqini tapır. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr şirkət tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə Yol hərəkəti Haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həmin nəqliyyat vasitəsi saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi barədə qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsinin faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Cavabdehə borcun qaytarılmasına dair xəbərdarlıq olunsa da heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; «Lizinq verən» qismində İddiaçı MMC ilə «Lizinq alan» qismində X2 arasında bağlanmış 18 fevral 2020-ci il tarixli MAS-2160 saylı Lizinq Müqaviləsinə və həmin müqaviləyə əlavələrə əsasən Lizinq verən lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX- *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220415 ban nömrəli, ağ rəngli avtomobili Lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, Lizinq alan isə həmin avtomobil üçün illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh BNA1352582 saylı protokola görə 32 manat, BNA1352580 saylı protokola görə 32 manat və BNA1352581 saylı protokola görə 32 manat məbləğində cərimə borcu İddiaçı MMC tərəfindən ödənilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 96 manat məbləğində pul və 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 126,4 manat məbləğində borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 96 manat məbləğində pul və 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 126,4 (bir yüz iyirmi altı manat, qırx qəpik) manat məbləğində tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamdən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar