Məhkəmə qərarları › İş №2(036)-2836/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2836/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2836/2025 27.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki mübahisə (açar sözlər: Öhdəliyi icra etmiş zaminin borcluya qarşı pul tələbi) Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Əhməd Siracəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.

1. 06.12.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan 17 ədəd inkasso sərəncamı ilə müəyyən olunur ki, ödəyici İddiaçı hesabından vəsait alan İmişli Rayon İcra və Probasiya Şöbəsinin hesabına hər ay pul vəsaiti köçürülmüş, ödənişin təyinatı hissəsində- İmişli Rayon Məhkəməsi 51573/2016-37-6 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin icrası üzrə pul tutulub borc tam ödənilənədək hər ay borclunun hesabından pul tutularaq müvafiq hesaba köçürülməsi qeyd olunmuşdur.

2. İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə müəyyən olunur ki, İmişli Rayon Məhkəməsinin 5137/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmiş, icra sənədində qeyd olunan tələbin borclu X1 tərəfindən tam şəkildə təmin olunduğu qeyd olunmuşdur.

İddiaçının tələbi və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) İddiaçının tələbi.

2. İddiaçı cavabdehə qarşı 1703.04 manat pulun və 38 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun da yaşadığı Bəhramtəpə qəsəbəsinin sakinidir, onunla qohumluğu vardır. Tarixi dəqiq yadında deyil, Vasif İmişli şəhərində yerləşən Azərbaycan Beynəlxalq Bankından kredit götürürdü. Lakın kredit almasından ötru ona zamin lazım oldu. O da ona kredit almasında köməklik göstərməkdən ötrü zamin durdu. Bu barədə bankda tərtib olunan sənədlərə özü imza atdı. Kredit götürdükdən sonra Vasif bir müddət krediti özü ödəyirdi, lakin sonradan ödəniş etmədi. Bu səbəbdən İmişli Rayon İcra və Probasiya şöbəsi tərəfindən aldığı pensiyaya inkasso tətbiq edilərək həmin kredit məbləği tam ödənilənədək onun pensiyasından hər ay mütəmadi olaraq pul tutuldu. Zamin kimi pensiyasından Vasifin götürdüyü kreditə görə ondan cəmi 1703 manat 04 qəpik məbləğində pul tutulmuşdur. Pensiyadan edilən tutulmalara dair inkasso sənədlərini iddia ərizəsinə əlavə edir. Pensiyasından tutulmuş 1703 manat 04 qəpik pulu dəfələrlə Cavabdeh tələb etsə də, sonuncu həmin pulu ödəməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iddiaya etiraz Cavabdeh iddia tələbinə qarşı hər hansı yazılı və şifahi etiraz bildirməmişdir. c) məhkəmə icraat iştiakçılarının izahatları

4. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir

5. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

6. Mülki Məcəllə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 475. Öhdəliyi icra etmiş zaminin hüquqları 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmə baxışının hədləri

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, iddiaçı və cavabdeh İmişli Rayon Məhkəməsinin 5137/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə cavabdehlər kimi 3318 manat pulu və 20 manat məbləğində dövlət rüsumunu Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödəməli olmuşlar.

10. İddiaçının dəlillərinə əsasən Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə o zamin olmuş, borclu Cavabdeh tərəfindən öhdəliklər ilk öncə icra olunsa da, sonradan icra olunmamış, bu səbəbdən onun pensiyasına inkasso sərəncamları ilə tutmalar yönəldilmişdir.

11. İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə müəyyən olunur ki, İmişli Rayon Məhkəməsinin 5137/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmiş, icra sənədində qeyd olunan tələbin borclu X1 tərəfindən tam şəkildə təmin olunduğu qeyd olunmuşdur.

12. Hazırki tələbin qanuni əsasını Mülki Məcəllənin 475.1-ci maddəsi təşkil edir. (6-cı bənd.) Yəni İmişli Rayon Məhkəməsinin 5137/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə borclu Cavabdeh öhdəliklərini icra etmədiyindən zamin X1 tərəfindən həmin öhdəliklər tam icra olunmuşdur. Məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlarla iddianın əsaslılığı təsdiqini tapmışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh iddiaya qarşı hər hansı dəlil bildirməmiş, əks dəlillərini məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

13. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 38 manat dövlət rüsumundan ibarət məhkəmə xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı barədə xəbərdar edilmələri ilə bağlı xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasları ilə bağlı sifarişli poçt göndərişləri göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 7.2 manat təşkil edir. 7.2 manatdan ibarət həmin məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

14. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 1703,04 (min yeddi yüz üç manat dörd qəpik) manat, ödənilmiş 38 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. 7.2 (yeddi manat iyirmi qəpik) manatdan ibarət məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar