Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2840/2023 09.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi X2, İddiaçı "xxxx" MMC-nin X1 və Emalı Fabrikinin Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin X1 və Emalı Fabriki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11994.86 manat əsas borc, 15890.97 manat cərimə borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 174.40 manat dövlət rüsumu olmaqla, cəmi 28059.49 manat məbləğində pulun alınıb iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi ilə müəyyən olur ki, Cavabdeh hazırda Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. döngə 5, dalan 1, ev 2A ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.1. Qanunla bşqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. “Yaşayış yeri və olduğu yer haqqında" Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür Hesab edirəm ki, cavabdehin rəsmi qeydə alındığı ünvan – ünvan 1ddiaçı tərəfindən verilmiş iddia ərizəsi ərazi aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə aid olmadığından onun məhkəmə icraatı mümkün deyildir və geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyət qaydalarına riayət edilməklə müraciət etməyə mane olmur. İş materialları ilə müəyyən olur ki, iddiaçı "xxxx" MMC-nin X1 və Emalı Fabriki tərəfindən iddia tələbi üzrə xx.xx.2023-cü il tarixli, 14387 nömrəli qəbz, GPP ********** nömrəli qəbz əsasında "xxxx" ASC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 174 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığı üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı "xxxx" MMC-nin X1 və Emalı Fabrikinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyət qaydalarına riayət edilməklə müraciət etməyə mane olmur. İddia tələbi üzrə iddiaçı "xxxx" MMC-nin X1 və Emalı Fabriki tərəfindən xx.xx.2023cü il tarixli, 14387 nömrəli qəbz, GPP ********** nömrəli qəbz əsasında "xxxx" ASC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 174 manat dövlət rüsumu Dövlət büdcəsindən iddiaçı "xxxx" MMC-nin X1 və Emalı Fabrikinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №2(036)-2840/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2840/2023
09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver