Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2991/2020 11.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxxxx” Kommersiya Bankı ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış 1589tkİMS/15 saylı, xx xxxxx 2015-ci il tarixli kredit xətti və bank hesabı müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 84 (səksən dörd) ay müddətinə kredit ayrılmış, kreditin ilkin limiti 500 (beş yüz) ABŞ dolları məbləğində kredit limiti ayrılmış, ona bank hesabı açılmış və plasktik kart təqdim edilmişdir. Kredit müqaviləsinin 4.2.17-ci bəndinə əsasən “borcverən” bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit xətti 60 (altmış) ay müddətinə illik 30 (otuz) % tətbiq edilməklə, ayrılır. Kredit xəttindən istifadəyə görə minimum 3 (üç) %, maksimum 5 (beş) % komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq, ödənilir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Halhazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh xx xxxxxxxx 2020ci il tarixə banka 33.48 (otuz üç, qırx səkkiz) ABŞ dolları məbləğində əsas kredit borcu, 4.41 (dörd, qırx bir) ABŞ dolları məbləğində faiz borcu, 19.60 (on doqquz, altmış) ABŞ dolları məbləğində cərimə və ümumilikdə 57.49 (əlli yeddi, qırx doqquz) ABŞ dolları məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 33.48 (otuz üç, qırx səkkiz) ABŞ dolları məbləğində əsas kredit borcunun, 4.41 (dörd, qırx bir) ABŞ dolları məbləğində faiz borcunun, 19.60 (on doqquz, altmış) ABŞ dolları məbləğində cərimə borcunun, ümumilikdə 57.49 (əlli yeddi, qırx doqquz) ABŞ dolları məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış 1589tkİMS/15 saylı, xx xxxxx 2015-ci il tarixli kredit xətti və bank hesabı müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədi ilə 84 (səksən dörd) ay müddətinə kredit ayrılmış, kreditin ilkin limiti 500 (beş yüz) ABŞ dolları məbləğində kredit limiti ayrılmış, ona bank hesabı açılmış və plasktik kart təqdim edilmişdir. İş materiallarında olan UB-BANK/PİKMD/912310 saylı, xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixə banka 33.48 (otuz üç, qırx səkkiz) ABŞ dolları məbləğində əsas kredit borcu, 4.41 (dörd, qırx bir) ABŞ dolları məbləğində faiz borcu, 19.60 (on doqquz, altmış) ABŞ dolları məbləğində cərimə borcu və ümumilikdə isə 57.49 (əlli yeddi, qırx doqquz) ABŞ dolları məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan UB-BANK/PİKMD saylı, xx xxx 2020-ci il tarixli bildirişin surətinən görünür ki, Cavabdeh iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, xx xxxxxxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC tərəfindən iddia qaldırılması üçün 20 (iyirmi) AZNməbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış 1589tkİMS/15 saylı, xx xxxxx 2015-ci il tarixli kredit xətti və bank hesabı müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 84 (səksən dörd) ay müddətinə kredit ayrılmış, kreditin ilkin limiti 500 (beş yüz) ABŞ dolları məbləğində kredit limiti ayrılmış, ona bank hesabı açılmış və plasktik kart təqdim edilmişdir. Bundan başqa, kredit müqaviləsinin 4.2.17-ci bəndinə əsasən “borcverən” bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir və 1.3-cü bəndinə əsasən kredit xətti 60 (altmış) ay müddətinə illik 30 (otuz) % tətbiq edilməklə, ayrılır. Kredit xəttindən istifadəyə görə minimum 3 (üç) %, maksimum 5 (beş) % komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq, ödənilir. Bundan başqa, Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişi həyata keçirmiş, lakin sonradan bank qarşısında olan öhdəliklərini tam icra etməmiş, banka olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmiş və onun kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixə banka 33.48 (otuz üç, qırx səkkiz) ABŞ dolları məbləğində əsas kredit borcu, 4.41 (dörd, qırx bir) ABŞ dolları məbləğində faiz borcu, 19.60 (on doqquz, altmış) ABŞ dolları məbləğində cərimə borcu və ümumilikdə isə 57.49 (əlli yeddi, qırx doqquz) ABŞ dolları məbləğində kredit borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 4412.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 4412.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə “iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını” araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğuna və eləcə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 33.48 (otuz üç, qırx səkkiz) ABŞ dolları məbləğində əsas kredit borcu, 4.41 (dörd, qırx bir) ABŞ dolları məbləğində faiz borcu, 19.60 (on doqquz, altmış) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 57.49 (əlli yeddi, qırx doqquz) ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesab ilə) və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) AZNməbləğində dövlət rüsumu tutularaq, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 33.48 (otuz üç, qırx səkkiz) ABŞ dolları məbləğində əsas kredit borcu, 4.41 (dörd, qırx bir) ABŞ dolları məbləğində faiz borcu, 19.60 (on doqquz, altmış) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 57.49 (əlli yeddi, qırx doqquz) ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesab ilə) və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) AZNməbləğində dövlət rüsumu tutularaq, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-2991/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2991/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver