Məhkəmə qərarları › İş №2(036)-3/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3/2025 01.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Qənimət Tərlan oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 772.95 ABŞ dolları əsas borc, 57.20 ABŞ dolları faiz borcu, 536.80 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 1366.95 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat pul vəsaitin tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin “İmişli” filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 aprel 2015-ci il tarixli 8601 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 24%-lə, 24 ay müddətinə mənzil təmiri üçün 1000 (bir min) ABŞ Dolları məbləğində kredit verilmiş və kreditin qaytarılması üçün qrafik tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 qrafik üzrə kreditə görə hesablanmış faizlə birlikdə hər ay kreditin müəyyən hissəsini qaytarmalı olduğu halda son ödəniş xx.xx.2016-cı il tarixdə olmaqla əsas məbləğ üzrə 227.05 ABŞ dolları əsas, 244.95 ABŞ dolları faiz, cəmi 472 ABŞ dolları ödəyərək, xx.xx.2016-cı il tarixə əsas məbləğ üzrə 772.95 ABŞ dolları əsas borc, 57.20 ABŞ dolları faiz borcu, 536.80 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 1366.95 ABŞ dolları məbləği borcu ödəməmişdir. Eyni zamanda 20 aprel 2015-ci il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borc alan öhdəliklərini icra etmədikdə, Zamin onunla birgə məsuliyyət daşıyır. Bank tərəfindən borcun ödənilməsi bağlı cavabdehlərə dəfələrlə şifahi və yazlı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ondan tələb olunan borc məbləğini ödəməyə imkanı yoxdur. Ona görə də, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehləri dinləyib iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin “İmişli” filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 aprel 2015-ci il tarixli 8601 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 24%-lə, 24 ay müddətinə 1000 (bir min) ABŞ Dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin “İmişli” filialı ilə Cavabdeh2 arasında bağlanmış 20 aprel 2015-ci il tarixli 6736 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 20 aprel 2015-ci il tarixli 8601 saylı kredit müqaviləsi üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2016-cı tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 20 aprel 2015-ci il tarixli 8601 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan əsas borcu 772.95 ABŞ dolları, faiz borcu 57.20 ABŞ dolları, cərimə borcu 536.80 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/9643 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatlarını və 20 aprel 2015-ci il tarixli 8601 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan əsas borcu 178.98 ABŞ dolları və Cavabdeh1 faiz borcu 0.27 ABŞ dolları təşkil edir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin “İmişli” filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 aprel 2015-ci il tarixli 8601 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 24%-lə, 24 ay müddətinə mənzil təmiri üçün 1000 (bir min) ABŞ Dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 20 aprel 2015-ci il tarixli 6736 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/9643 saylı rəyi ilə xx.xx.2024-cü il tarixə cavabdehin banka olan əsas borcu 178.98 ABŞ dolları və faiz borcu 0.27 ABŞ dolları olması müəyyən edilmişdir. Məhkəmə hazırki ekspert rəyi ilə razılaşır və onun əsas və faiz borcuna aid hissədə sübut növü kimi qəbul edir. Belə ki, ekspert rəyinin əsaslılığını şübhə altına ala bilən hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, oğlu 20 aprel 2015-ci il tarixli 8601 saylı kredit müqaviləsi üzrə 8.94 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, Cavabdeh1 20 aprel 2015-ci il tarixli 8601 saylı kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlikləri icra etməmiş, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Eyni zamanda digər Cavabdeh2 zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 178.98 ABŞ dolları əsas, 0.27 ABŞ dolları faiz, 8.94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 188.19 ABŞ dolları borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manatdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 178.98 ABŞ dolları əsas, 0.27 ABŞ dolları faiz, 8.94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 188.19 (bir yüz səksən səkkiz dollar on doqquz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və 20 (iyirmi) manat dövlət rüsumu tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO İddiaçı ASCnin xeyrinə 178.98 ABŞ dolları əsas, 0.27 ABŞ dolları faiz, 8.94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 188.19 (bir yüz səksən səkkiz dollar on doqquz sent) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar