Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-3003/2024 20.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdim: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1624.49 (min altı yüz iyirmi dörd manat, qırx doqquz qəpik) manat məbləğində əsas borc, 130.76 (yüz otuz manat, yemiş altı qəpik) manat məbləğində faiz borcu və 38.58 (otuz səkkiz manat, əlli səkkiz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə onun icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1 və 284- 4.1.3-cü maddələrinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 5000 manat məbləğində kredit verildiyini bildirmiş, həmin müqavilə üzrə öhdəliyin icra edilmədiyinə istinad edərək, qalıq borc məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, lakin iddiaçı ərizəsinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsini əlavə etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsasını təşkil edən müqaviləni təqdim etmədiyindən, ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizənin qəbulundan imtina edilməli və ərizəçiyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3--cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 284-1, 284-4, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №2(036)-3003/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-3003/2024
20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver