Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3004/2025 27.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə , İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə həyat yoldaşı X2 adına "xxxx" ASC-dən 12500 manat kredit götürmüşdür. Əvvəllər bir yerdə işlədiyi, ailəvi dost olduğu, İmişli şəhər sakini Cavabdehh Xanış oğlu bankdan pul götürdüyünü bilmiş və pul götürdüyü gün ona demişdir ki, pula ehtiyacı var, 4700 manat pul istəmiş, 4700 manatı da, faizini də özü ödəyəcəkdir. O da inanıb 4700 manat pulu ona vermişdir. Maşallah həmin puldan ona cəmi 700 manat qaytarmışdır ki, banka ödəyərsən, 4000 manat borclu qalıb, banka da pul ödəmir və bank onun həyat yoldaşından pulu tələb edir. O, cavabdehə dəfələrlə xəbərdarlıq edib borcunu qaytarmasını xahiş etmişdir. Bununla belə, Maşallah müxtəlif bəhanələrlə onu aldadır, pulunu qaytarmır. O, borc qaytarılmadığına görə maddi cəhətdən çox ağır vəziyyətə düşmüşdür. O, müharibə veteranıdır. Həyat yoldaşı X4, cavabdehin həyat yoldaşı Nuriyeva Günel də cavabdehin ona borclu olmasına şahiddirlər. Pulu onların iştirakı ilə vermişdir. Onlar da Şahid kimi gəlib ifadə verəllər. Cavabdehin özünün də bunu təsdiq edən səs yazısı var. O, polisə, prokurorluğa şifahi müraciət etmiş, mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan 085031 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan 78006 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Vətən Müharibəsi X3 üzvüdür. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, "xxxx" ASC-nin hesabına X1 131 manat komissiya haqqı tutulmuşdur. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KRFS-12897 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 12500 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli KRFS-12897 saylı kredit müqaviləsinə əsasən sizə 12500 (on iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Nəzərə çatdırılır ki, sizə təyin olunmuş qrafik üzrə kredit ödənişini vaxtında icra etmədiyiniz üçün xx.xx.2023-cü il tarixinə olan qrafika göra asas borc 333,24 (üç yüz otuz üç manat iyirmi dörd qəpik) manat, kreditdən istifadəyə görə faiz borcu 0 (sıfır), cərimə borcu 1,65 (bir manat altmış beş qəpik), cəmi 334,89 (üç yüz otuz dörd manat səksən doqquz qəpik) manat borcunuz 26 gün gecikmədədir. Dəfələrlə sizə malumat verilməsinə baxmayaraq, qeyd olunan məbləği ödəməmisiniz. Xahiş edilir ki, 3 iş günü müddətində Banka yuxarıda göstərilən məbləği ödəyəsiniz. Əks təqdirdə, müqavilənin şərtlərinə əsasən, həmin borcun tərəfinizdən ödənilməsi üçün qanunamüvafiq tadbirlər görüləcəkdir. İş materiallarına əlavə olunmuş iddiaçı və cavadehin səs yazısından görünür ki, Cavabdeh iddiaçıya 3000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 3000 manat məbləğində borcu vardır. Həmin borc iddiaçıya geri qaytarılmamışdır. Bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuş 37-ci fəsilinə (borc) əsasən: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən aralarında mövcud olan razılaşmaya əsasən Cavabdeh 4000 manat məbləğində borc pul vermişdir. Cavabdeh ona 1000 manat pulu vermiş və 3000 (üç min) manat pulunu isə verməmişdir. Cavabdehin hazırda 3000 (üç min) manat borcu qalmışdır. İddiaçı tərəfindən göndərilən pul cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən pulun qaytarılmasından imtina edilmişdir. Halbuki, İş materiallarında olan səs yazısı olan diskdən də görünür ki, cavabdeh iddiaçıya 3000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin Cavabdeh qalan 1000 (bir min) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəf iddianı əsaslandırdığı halları təsdiq edəcək hər hansı sübut növü məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; «X6rşı» işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasəna məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Mahmud