Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-304/2021 29.01.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC ərizə ilə İmişli rayon məhkəməsinə müraciət edərək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 149.38 manat əsas, 352.21 manat cərimə, 21.88 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 523.47 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 240.02 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməkdən imtina edir. xx xxxxxx 2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 149.38 manat əsas, 352.21 manat cərimə, 21.88 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 523.47 manat məbləğində borcu vardır. Cavabdehə borcun qaytarılmasına dair dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, əsas və faiz borcunu qəbul edir. Lakin cərimə borcu həddindən artıq şişirdildiyi üçün cərimə borcunu qəbul etmir. Odur ki, bütün bunların nəzərə alınaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: xx xxxxxxxx 2014-cü il tarixli müqavilədən görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə 240.02 manat məbləğində kredit verilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas borcu 149.38 manat, 352.21 manat cərimə, 21.88 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu təşkil edir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında əsas borc üzrə 149.38 manat, 352.21 manat cərimə, 21.88 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 523.47 manat borc öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə görə мəhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 352.21 manat məbləğində dəbbə pulunun onun maddi vəziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinə uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 149.38 manat əsas, 20 manat cərimə, 21.88 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz və 20 manat məbləğində dövlət rüsumu, cəmi 211.26 manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməli, ödənilmiş 10 manat dövlət rüsumu isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 149.38 manat əsas, 20 manat cərimə, 21.88 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz və 20 manat məbləğində dövlət rüsumu, cəmi 211.26 (iki yüz on bir manat, iyirmi altı qəpik) manat məbləğində pul tutulub ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu isə iddiaçı ləğv prosesində olan İddiaçı ASCyə aid edilsin. Qətnamdən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-304/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-304/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver