Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3047/2022 22.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X1 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6000 (altı min) manat məbləğində pulun və 80 (səksən) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh öz aralarında tərtib etdikləri borc müqaviləsinə əsasən 6000 manat məbləğində borc pul vermişdir. Lakin, dəfələrlə pulun ödənilməsini tələb etsə də, Cavabdeh ona olan borcunu qaytarmamışdır. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, Cavabdeh ona olan 6000 manat borcdan 400 manatını ödəmişdir. Ona görə də, iddia ərizəsinin həcminin azaldaraq Cavabdeh 5600 manat borc pulun və 80 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Həmçinin iddia tələbinə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, tanışı Ağcabədi rayon sakini İddiaçı ehtiyacı olduğu üçün 30 may 2022-ci il tarixdə aralarında bağlanmış borc müqaviləsinə əsasən 6000 manat borc pul almışdır. Maddi vəziyyəti yaxşı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Lakin, yaxın müddət ərzində borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5600 (beş min altı yüz) manat məbləğində pulun və 80 (səksən) manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsini tələb etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5600 (beş min altı yüz) manat məbləğində pul və 80 (səksən) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5680 (beş min altı yüz səksən) manat alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5600 (beş min altı yüz) manat məbləğində pul və 80 (səksən) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5680 (beş min altı yüz səksən) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-3047/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3047/2022
22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver