Məhkəmə qərarları › İş №2(036)-3098/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3098/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3098/2023 28.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, iddiaçı "xxxx" Kredit İttifaqı MMC-nin cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kredit İttifaqı MMC cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdehlər, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5437.21 manat əsas borc, 3259.80 manat faiz borcu, 100 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 108 manat tutularaq cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 ərizə verib iddia müddətinin keçdiyinə əsaslanaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşdə olan kreditor "xxxx" Kredit İttifaqı MMC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli DB/22663 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 24 faizlə 36 ay müddətinə 7000 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. İşdə olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 "xxxx" Kredit İttifaqı MMC-dən aldığı 7000 manat kredit məbləğini cəmi 2891.73 manat faizlə birlikdə ödəməklə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2015-ci il tarixli DB/22663/0877 nömrəli Zaminlik müqaviləsinin surətinə əsasən Cavabdeh4 Cavabdeh1 ilə "xxxx" Kredit İttifaqı MMC-nin arasında bağlanmış xx.xx.2015-ci il tarixli DB/22663 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2015-ci il tarixli DB/22663/2/0877 nömrəli Zaminlik müqaviləsinin surətinə əsasən Cavabdeh2 Cavabdeh1 ilə "xxxx" Kredit İttifaqı MMC-nin arasında bağlanmış xx.xx.2015-ci il tarixli DB/22663 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2015-ci il tarixli DB/22663/1/0877 nömrəli Zaminlik müqaviləsinin surətinə əsasən Cavabdeh3 Cavabdeh1 ilə "xxxx" Kredit İttifaqı MMC-nin arasında bağlanmış xx.xx.2015-ci il tarixli DB/22663 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. AR Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir.Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2015-ci il tarixli DB/22663 müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2019-cu il tarixdə bitdiyindən cavabdehlər, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 zaminliyinə xitam verilmişdir. Həmçinin kreditor "xxxx" Kredit İttifaqı MMC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli DB/22663 saylı kredit müqaviləsi üzrə annuitet ödəmələrinin dayandırdığı vaxtdan sonrakı üç il müddətində iddia qaldırmayaraq tələb üzrə iddia müddətini ötürmüşdür. Ona görə də, iddiaçı "xxxx" Kredit İttifaqı MMC-nin cavabdehlər, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2015-ci il tarixli DB/22663 saylı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar