Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-3146/2025 16.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclasının katibi Abdullazadə Brilyant Nazim qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ona məxsus kotanın və ya onun dəyəri olan 4000 manat məbləğində pulun ona verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək ona məxsus kotanın və ya onun dəyəri olan 4000 manat məbləğində pulun və ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbyacan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkşaf Agentliyi, X1 və onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli ÖV-207-GL/16-23 nömrəli Aqroliznq ASC-ti ilə X1 arasında imzalanmış xx.xx.2015-ci il tarixli 207-GL/16 nömrəli müqavilə üzrə öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən Aqrolizinq ASC ilə X1 arasında imzalanmış Aqrolizinq ASCyə məxsus Belarus 1221 markalı **-KA-*** dövlət qeydiyat nişanlı traktorun lizinqə verilməsi barədə xx.xx.2015-ci il tarixli 207-GL-16 müqavilə əsasında ödənişlər texnikanın öhdəliyi qəbul edənə işlək və saz vəziyyətdə təhvil verilməsi nəzərə alınmaqla qalıq dəyəri 3645 manat olan öhdəliklərin öhdəliyi qəbul edənə ötrülməsi bardə razılığa gəlmişlər. Həmin müqavilə üzrə tərtib edilmiş ödəniş qrafıkinə əsasən xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixədək hər ay 405 manat məbləğində pulu Azərbyacan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkşaf Agentliyinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə təhfıl-təslim aktına əsasən Belarus 1221 markalı 90- Ka 194 dövlət qeydiyyat nişanlı traktor X1 tərəfindən sənəd üzrə rəsmi qaydada ona təhvil verilmişdir. Qeyd edir ki, traktor sənəd üzrə ona təhvil verilsə də, xx.xx.2023-cü il tarixli müqavilə imzalanmamışdan əvvəl faktiki olaraq cavabdehin qanunsuz istifadəsində olmuş, müqavilə imzalandıqdan sonra traktoru cavabdehdən tələb etsə də, cavabdeh traktoru təhvil verməmişdir. Buna görə traktorun cavabdehdən alınıb ona verilməsi barədə İmişli Rayon məhkəməsinə müracət etmiş və İmişli Rayon Məhkəməsinin qətnaməsinə əsasən sözügedən tarktorun cavadehdən alınıb ona verilməsi qət olundu. Məhkəmənin qətanəməsinə əsasən traktor alınıb ona verilsə də, həmin tarktorun üzərində olan kotan cavabdeh tərəfindən indiyə kimi ona təhvil verilmir. Dəfələrlə həmin kotanın verilməsini cavadehdən tələb etsə də, o hər dəfə bir bəhanə gətirərək, kotanı təhvil vermir. Həmin kotanın qiyməti 4000 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, cavabdeh kotanı onun həyətindən götürməyi təklif etdikdən sonra qardaşı gedib kotanı həyətdən götürmək istədikdə kotanın istifadəyə yararsız olduğunu görmüşdür, bu səbəbdən kotanın məbləğini hazırda cavabdehdən tələb edir. İddiaçı işin məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, iddiaçı kotanı gəlib onun həyətindən götürə bilər. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ümumi məbləği 15.000 (on beş min) manat məbləğində olan “Belarus- 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktoru E.Soltanova lizinqə verilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X1 və İddiaçı aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, ÖV-207- GL/16-23 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında imzalanmış xx.xx.2015ci il tarixli, 207-GL/16 nömrəli müqavilə üzrə öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən tərəflər (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X1 və İddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında imzalanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun lizinqə verilməsi barədə xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə əsasında ödənişlər texnikanın öhdəliyi qəbul edənə işlək və saz vəziyyətdə təhvil verilməsi nəzərə alınmaqla qalıq dəyəri 3645 (üç min altı yüz qırx beş) manat olan öhdəliklərin (hüquq və vəzifələrin) öhdəliyi qəbul edənə ötürülməsi və bundan sonra bu Müqavilə üzrə öhdəliklərin öhdəliyi qəbul edən tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17.08.202-ci il tarixli 1137 nömrəli Fərmanının 2.2ci və 3.1-ci bəndlərini nəzərə alaraq lizinq verən qarşısında icra edilməsi barədə razılığa gəlmişlər. Tərəflərin rekvizitləri və imzaları hissəsindən görünür ki, müqavilə tərəflərinin hər ikisi- X1 və İddiaçı vergi ödəyiciləri olmuşlar və VÖEN məlumatları həmin hissədə əks olunmuşdur. İmişli Rayon Məhkəməsinin 2(036)-229/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, İmişli Rayon Məhkəməsinin 2(036)-550/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddiası təmin edilmiş, Cavabdeh “Belarus-1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun alınıb İddiaçı verilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlarla müəyyən olunur ki, VÖEN ********** olan İddiaçı vergi ödəyicisidir. Fəaliyyət istiqaməti-qoyun və keçilərin yetişdirilməsidir. xx.xx.2021-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlarla müəyyən olunur ki, VÖEN ********** olan Cavabdeh vergi ödəyicisidir. Fəaliyyət istiqaməti-pambığın becərilməsidir. xx.xx.2014-cü il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı: Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin zərəri hesabına güzəşt tətbiq edilsin.
3. Bu qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilsin. İş materiallarında olan xx.xx.20105-ci il tarixli müqavilənin 1.4-cü bəndinə əsasən aşağıdakı sənəndlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur: kənd təsərrüfatı texnikasına güzəşt tətbiq edilməsi məqsədilə yaradılmış Xüsusi Komissiyanın xx.xx.2015-ci il tarixli 58 nömrəli protokolu. Göründüyü kimi, kənd təsərrüfatı texnikası güzəşt tətbiq edilməklə məhz kənd təsərrüfatı məhsullarının istehsalçılarına verilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən səbəblərdən hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı ona məxsus kotanın və ya onun dəyəri olan 4000 manat məbləğində pulun ona verilməsi tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçı Cavabdeh qarşı “ona məxsus kotanın və ya 4000 manat məbləğində pulun verilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Gülsaba Ağayeva