Məhkəmə qərarları › İş №2(036)-319/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-319/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-319/2025 12.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh əvəzinə banka ödədiyi 3040.13 (üç min qırx manat, on üç qəpik) manat pulun və dövlət büdcəsinə ödədiyi 50.41 (əlli manat, qırx bir qəpik) manat dövlət rüsumunun, cəmi 3090.54 (üç min doxsan manat, əlli dörd qəpik) manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə "xxxx" ASCnin Saatlı filialı arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh sözügedən bankdan 60 ay müddətinə 4320,01 manat kredit götürmüşdür. Cavabdeh kredit verilərkən, bank qarşısında öhdəlik götürərək ona zamin durmuşdur. Bu səbəbdən onunla "xxxx" ASC-nin Saatlı filialı arasında xx.xx.2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh götürdüyü krediti qaytarmaqdan imtina etmişdir. 2022-ci ilin yanvar ayına qədər Cavabdeh kredit borcundan 3040,13 manat hissəsini ödəmişdir. Dəfələrlə cavabdehdən onun əvəzinə banka ödədiyi pulu tələb etsə də, cavabdeh borcunu qaytarmaqdan imtina edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddianı qəbul edərək, borcunu hissə-hissə ödəməyə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “zamin” İddiaçı “borcalan” Cavabdeh "xxxx" ASC qarşısında olan kredit öhdəliklərinin vaxtında və lazımınca icrasının təmin edilməsi məqsədilə onunla eyni həcmli məsuliyyəti öz öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “borcalan” Cavabdeh "xxxx" ASC qarşısında olan kredit öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən öhdəliklərin icrası “zamin” İddiaçı kart hesabına yönəldilmişdir. İş materiallarında olan ödəniş kartı üzrə hesabdan çıxarışa əsasən “borcalan” Cavabdeh "xxxx" ASC qarşısında olan kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə İddiaçı kart hesabından ümumilikdə 3040,13 manat məbləğində vəsait çıxılmışdır. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göründüyü kimi, İddiaçı zaminlik müqaviləsinə əsasən həm borclu Cavabdeh borc öhdəliklərini, həm də özünün zaminlik öhdəliklərini icra etmişdir. Bununla da zamin İddiaçı borclu Cavabdeh qarşı öhdəliklərin icrası həcmində, yəni 3040,13 manat məbləğində reqres hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3040,13 manat pul və ödənilmiş 50,41 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3040.13 (üç min qırx manat, on üç qəpik) manat məbləğində pul və 50.41 (əlli manat, qırx bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar