Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3198/2025 27.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 470 (dörd yüz yetmiş) manat məbləğində pulun və ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İmişli rayonu, Xəlfəli kəndində yaşayır. Onun traktoru var və o, həmin traktorla ehtiyacı olan səxslərin işini görüb ailəsini dolandırır. 2025-ci ilin iyun ayında cavabdeh ona zəng vuraraq bildirmişdir ki, onun şum olunmalı torpaq sahəsi var və ondan həmin torpaq sahəsini şum eləməyi xahiş etmişdir. O da cavabdehlə razılaşmışdır və onun torpaq sahəsini şumlamışdır. Bundan sonra cavabdehlə münasibət yarandı və o, onun digər işlərin də görmüşdür. Hər dəfə iş görəndə cavabdeh pulun bir hissəsini vermiş və yerdə qalan hissəsini isə sonra verəcəyini demişdir. O da onunla münsibəti yarandığı üçün ona inanmışdır və buna görə onunla razılaşmışdır. Hazırda cavabdehin gördüyü işə görə mənə 470 manat borcu yaranıb və cavabdeh həmin pulu vermir. Cavabdehin ona 470 manat borclu olmağı onun 02 sentyabr 2025-ci il tarixində İmişli Rayon Polis Şöbəsində yazdığı izahatı da sübut edir. O, həmin izahatında 470 manat pulu 20 sentyabr 2025-ci il tarixində verəcəyini qeyd etsə də yenə də pulunu verməmişdir. Ona görədə məkəməyə müraciat etməli olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, həmin ərazidə suçu işləmişdir. Həmin vaxt İddiaçı özünə məxsus traktorla Cavabdeh məxsus torpaq sahəsini 470 manat məbləğində şumlamağa onun yanında razılaşmışdır. Bundan sonra iddiaçı dəfələrlə pulunu istəsə də ala bilməmişdir. İşin faktiki halları: İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, İddiaçı borclu olduğu 470 (dörd yüz yetmiş) manat pulu xx.xx.2025-ci il tarixdə verəcəyini və əks halda qanun qarşısında məsuliyyət daşıyacağını yazdığı iltizamla təsdiq etmişdir. İş materiallarında olan İmişli Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-ə ünvanlanmış müraciətə baxılmışdır. X3 Orqanlarının səlahiyyətinə aid olmadığı üçün vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə əsasən məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən İmişli rayonu, Xəlfəli kəndində yaşayır. Onun traktoru var və o, həmin traktorla ehtiyacı olan səxslərin işini görüb ailəsini dolandırır. 2025-ci ilin iyun ayında cavabdeh ona zəng vuraraq bildirmişdir ki, onun şum olunmalı torpaq sahəsi var və ondan həmin torpaq sahəsini şum eləməyi xahiş etmişdir. O da cavabdehlə razılaşmışdır və onun torpaq sahəsini şumlamışdır. Bundan sonra cavabdehlə münasibət yarandı və o, onun digər işlərin də görmüşdür. Hər dəfə iş görəndə cavabdeh pulun bir hissəsini vermiş və yerdə qalan hissəsini isə sonra verəcəyini demişdir. Hazırda cavabdehin gördüyü işə görə ona 470 manat borcu yaranıb və cavabdeh həmin pulu vermir. Cavabdehin ona 470 manat borclu olmağı onun 02 sentyabr 2025-ci il tarixində İmişli Rayon Polis Şöbəsində yazdığı izahatı da sübut edir. O, həmin izahatında 470 manat pulu 20 sentyabr 2025-ci il tarixində verəcəyini qeyd etsə də yenə də pulunu verməmişdir. Bundan sonra iddiaçı həmin məbləği cavabdehdən tələb etsə də, cavabdeh tərəfindən pulun iddiaçıya qaytarılmasından imtina edilmişdir. İşin faktiki halı iş materialları, iddiaçının izahatı və ərizəsi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin istifadəsində olması. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbində 470 (dörd yüz yetmiş) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməldir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 470 (dörd yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 500 (beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 241.1 və 241.4-cü maddələrinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 233, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 470 (dörd yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 500 (beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-3198/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3198/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver