Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-3209/2025 13.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı Əlı̇ yev Rahı̇ m Adı̇ l oğlunun cavabdeh İbı̇ şov Elvı̇ n Famı̇ l oğluna qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işi baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlı̇ yev Rahı̇ m Adı̇ l oğlunun cavabdeh İbı̇ şov Elvı̇ n Famı̇ l oğluna qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İbı̇ şov Elvı̇ n Famı̇ l oğludan 36000 (otuz altı min) manat məbləğində pulun və 198 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş materialların geri qaytarılması barədə ərizə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəf iddia ərizəsini və ona əlavə edilmiş materialların geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.9, 152.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Əlı̇ yev Rahı̇ m Adı̇ l oğlunun cavabdeh İbı̇ şov Elvı̇ n Famı̇ l oğluna qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Əlı̇ yev Rahı̇ m Adı̇ l oğlu tərəfindən ödənilmiş 198 manat dövlət rüsumu (qəbz nömrəsi 28543) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-3209/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-3209/2025
13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver