Məhkəmə qərarları › İş №2(036)-3289/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3289/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3289/2025 15.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki mübahisə (açar sözlər: pul tələbi) Hakim Ağayeva Gülsaba Xeyrulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abdullazadə Brilyant Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.

1. İş materiallarında olan 14 ədəd pul köçürməsi haqqında qəbzlə və 1 Whatsapp yazışmasında olan pulun göndərilməsi ilə bağlı qəbzlə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 26 avqust 2025-ci il tarixdə saat 16:10-da 100 manat, 26 avqust 2025-ci il tarixdə saat 22:20-də 50 manat, 26 avqust 2025-ci il tarixdə saat 22:23-də 50 manat, 28 avqust 2025-ci il tarixdə saat 16:20-də 100 manat, 30 avqust 2025-ci il tarixdə saat 19:18-də 100 manat, 10 sentyabr 2025-ci il tarixdə saat 21:17-də 10 manat, 13 sentyabr 2025-ci il tarixdə saat 18:53-də 50 manat, 13 sentyabr 2025-ci il tarixdə saat 19:31-də 50 manat, 22 sentyabr 2025-ci il tarixdə saat 17:30-da 50 manat, 27 sentyabr 2025-ci il tarixdə saat 20:49-da 30 manat, 30 sentyabr 2025-ci il tarixdə saat 14:12-də 100 manat, 01 oktyabr 2025-ci il tarixdə saat 15:46-da 50 manat, 01 oktyabr 2025-ci il tarixdə saat 20:44-də 20 manat, 03 oktyabr 2025-ci il tarixdə saat 23:26-da 20 manat, 04 oktyabr 2025-ci il tarixdə saat 13:02-də 30 manat pul göndərilmişdir. İddiaçının tələbi və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) İddiaçının tələbi.

4. İddiaçı cavabdehə qarşı 1510 manat pulun və 36 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə 26 avqust 2025-ci il tarixdə saat 16:10-da 100 manat, 26 avqust 2025-ci il tarixdə saat 22:20-də 50 manat, 26 avqust 2025-ci il tarixdə saat 22:23-də 50 manat, 28 avqust 2025-ci il tarixdə saat 16:20-də 100 manat, 30 avqust 2025-ci il tarixdə saat 19:18-də 100 manat, 10 sentyabr 2025-ci il tarixdə saat 21:17-də 10 manat, 13 sentyabr 2025-ci il tarixdə saat 18:53-də 50 manat, 13 sentyabr 2025-ci il tarixdə saat 19:31-də 50 manat, 22 sentyabr 2025-ci il tarixdə saat 17:30-da 50 manat, 27 sentyabr 2025-ci il tarixdə saat 20:49-da 30 manat, 30 sentyabr 2025-ci il tarixdə saat 14:12-də 100 manat, 01 oktyabr 2025-ci il tarixdə saat 15:46-da 50 manat, 01 oktyabr 2025-ci il tarixdə saat 20:44-də 20 manat, 03 oktyabr 2025-ci il tarixdə saat 23:26-da 20 manat, 04 oktyabr 2025-ci il tarixdə saat 13:02-də 30 manat köçürmə yolu ilə borc pul vermişdir. Bunlardan başqa xahişinə əsasən cavabdehə 28 avqust 2025ci il tarixdə 200 manat və 23 sentyabr 2025-ci il tarixdə 500 manat nağd şəkildə borc pul vermişdir. Hal-hazıradək olan müddətdə cavabdehin ona 1510 manat borcu vardır. Dəfələrlə tələb etməsinə baxmayaraq, bunun heç bir nəticəsi olmamışdır. Göstərilənləri nəzərə alaraq 1510 manat məbləğində pulun və ödədiyi dövlət rüsumu 36 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) iddiaya etiraz Cavabdehdən iddia tələbinə hər hansı şifahi və yazılı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları

6. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

9. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

Tətbiq edilən hüquq:

10. Mülki Məcəllə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmə baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. İddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə birbank ödəmə sistemi vasitəsilə pul göndərişləri edilmiş və nağd pul verilmişdir. İddiaçı həmin göndərişlərin Cavabdeh edildiyini bildirir. Təqdim olunmuş 13 bank qəbzi ilə müəyyən olunur ki, həmin ödənişlər üzrə vəsaiti alan qismində 11 bank qəbzində “Nəzrin M” göstərilmiş, 1 ödəmənin edilməsi iddiaçı ilə cavabdeh arasında olan yazışmada təsdqini tapmış, 1 ödəmə isə “Faiq O”-nun (cavabdehin atası Faiq Orucovun adına olan) kart hesabına köçürülmüşdür. Beləliklə 810 manat pulun bank köçürməsi ilə edildiyi müəyyən olunmuşdur.

14. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya qarşı hər hansı dəlil bildirməmiş, məhkəməyə iddianı təkzib edəcək hər hansı sübut təqdim etməmişdir.

15. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir.

16. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

17. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

18. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

19. Baxılan iş üzrə iddiaçı cavabdehdən şifahi borc müqaviləsi üzrə yaranmış 1510 manat borcun qaytarılmasını tələb edir. İddiaçı sübut qismində adı çəkilən qəbzlərə istinad edir. Cavabdeh həmin sübutlarla bağlı hər hansı etiraz bildirmədiyindən, məhkəmə həmin sübutları iddiaçı tərəfindən cavabdehə pulun verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edir.

20. İddiaçı həmçinin cavabdehə nağd şəkildə 700 manat pul verdiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir.

21. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi).

22. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. ...hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

12. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı nağd ödədiyi pulun tələb edilməsi hissəsində məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, məhkəmə təqdim olunmuş sübutlarla iddianı qismən-qəbzlərlə ödənilmiş 810 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı hesab edir.

13. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

14. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki iş üzrə iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı barədə xəbərdar edilmələri ilə bağlı xx.xx.2025-ci il tarixli sifarişli poçt göndərişləri göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 3.6 manat təşkil edir. 3.6 manatdan ibarət həmin məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 810 (səkkiz yüz on) manat, ödənilmiş dövlət rüsumunun 30 manatı alınaraq İddiaçı ödənilsin. 3.6 (üç manat altmış qəpik) manatdan ibarət məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar