Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-3296/2025 13.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarazadə Ənvər Samiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 Cavabdeh qarşı bağlanmış su yolunun açılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 Cavabdeh qarşı bağlanmış su yolunun açılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavbdeh Cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmış, "Osman" kanalından Əliqulular kəndinə gələn 550-600 hektar pay torpaqlarını və qisməndə həyatyanı torpaq sahələrinin suvarılmasını təmin edən alternativ su arxının açılmasını və su arxını bağlamaqdan ibarət olan cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 Cavabdeh qarşı xx.xx.2025-ci il tarixə saat 11:55-ə və xx.xx.2026-cı il tarixə saat 11:15-ə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişlər. Bundan başqa, iddiaçılar işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiyindən belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 Cavabdeh qarşı bağlanmış su yolunun açılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-3296/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-3296/2025
13.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver