Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-33/2020 14.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “İpoteka” filialı ilə Cavabdeh arasında bağlanmış İK-096-İ saylı, xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən mənzil alınması məqsəd ilə cavabdehə illik 4 (dörd) % dərəcəsi tətbiq edilməklə, 300 (üç yüz) ay müddətinə 50000 (əlli min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq, bankın “İpoteka” filialı ilə Cavabdeh arasındaİK-İP-096-İ saylı, xx xxx 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mkr., ev 8, 22 saylı mənzili İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kreditborcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir.Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh banka olan kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh kredit müqaviləsinə əsasən xx xxxxx 2019-cu il tarixdə banka 44816.09 (qırx dörd min səkkiz yüz on altı, sıfır doqquz) AZN məbləğində əsas kredit borcu, 359.60 (üç yüz əlli doqquz, altmış) AZN məbləğində faiz borcu, 8.01 (səkkiz, sıfır bir) AZN məbləğində cərimə borcu və ümumilikdə 45183.70 (qırx beş min yüz səksən üç, yetmiş) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərəəsasən, Cavabdeh 44816.09 (qırx dörd min səkkiz yüz on altı, sıfır doqquz) AZN məbləğində əsas kredit borcunun, 359.60 (üç yüz əlli doqquz, altmış) AZN məbləğində faiz borcunun, 8.01 (səkkiz, sıfır bir) AZN məbləğində cərimə borcunun, ümumilikdə 45183.70 (qırx beş min yüz səksən üç, yetmiş) AZN məbləğindəkredit borcunun, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumunun və 40 (qırx) AZN məbləğində xidmət haqqının tutularaq, İddiaçı QSC-nin xeyrinəödənilməsi,tələbin Cavabdeh xüsusi mülkiyyətində olan, banka ipoteka predmeti kimi təqdim edilmiş Sumqayıt şəhəri, 12-ci mkr., ev 8, 22 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması,satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehin banka olan kredit borcunun ödənilməsi və mənzil açıq hərracda satıldıqdan sonra boşaldılması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, İddiaçı ASC-nin “İpoteka” filialı ilə bağlanmış İK-096-İ saylı, xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən mənzil alınması məqsəd ilə ona illik 4 (dörd) % dərəcəsi tətbiq edilməklə, 300 (üç yüz) ay müddətinə 50000 (əlli min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq, bankın “İpoteka” filialı ilə İK-İP-096-İ saylı, xx xxx 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən o,xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mkr., ev 8, 22 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.Onu da qeyd edir ki, o, kredit müqaviləsinə əsasən hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu banka ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda, o, kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün bankın xeyrinə kredit borcunun tam ödənişinihəyata keçirə bilməmişdir. Məhkəmə qarşısında söz verirki, maddi imkanı daxilində qısa müddət ərzində banka olan kredit borcumu tam şəkildə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq, İddiaçı QSC-nin ona qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddianın təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASCqabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “İpoteka” filialı ilə Cavabdeh arasında bağlanmış İK-096-İ saylı, xx xxx 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən mənzil alınması məqsəd ilə Cavabdeh illik 4 (dörd) % dərəcəsi tətbiq edilməklə, 300 (üç yüz) ay müddətinə 50000 (əlli min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin “İpoteka” filialı ilə Cavabdeharasında bağlanmışİK-İP-096-İ saylı, xx xxx 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mkr., ev 8, 22 saylı mənzilibankın xeyrinə ipoteka predmeti kimi təqdim etmiş və ipoteka predmeti olan əmlak 67000 (altmış yeddi min) AZN məbləği dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilən Seriya RX№ ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 12-ci mkr., ev 8, 22 saylı mənzil Cavabdeh adına xüsusi mülkiyyət hüququ kimi və İddiaçı ASC-nin xeyrinə ipoteka predmeti kimi yüklülüyü dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyənləşdirilməsi barədə “xxxxxxxx” MMC-nin xx xxx 2014-cü il tarixli qiymətləndirmə hesabatının surətindən görünür ki,Cavabdeh xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş Sumqayıt şəhəri, 12-ci mkr., ev 8, 22 saylı mənzilin bazar dəyəri 67000 (altmış yeddi min) AZN məbləği və girov dəyəri 56950 (əlli altı min doqquz yüz əlli) AZN məbləği təşkil edir. İş materiallarında olan İKP/1080 saylı, xx xxxxxx 2018-ci il tarixli bildiriş-xəbərdarlığın surətindən görünür ki, Cavabdeh kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin **********29 saylı, xx xxxxxx 2018-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş Sumqayıt şəhəri, 12-ci mkr., ev 8, 22 saylı mənzil üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixlimaliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən xx xxxxx 2019-cu il tarixə banka 44816.09 (qırx dörd min səkkiz yüz on altı, sıfır doqquz) AZN məbləğində əsas kredit borcu, 359.60 (üç yüz əlli doqquz, altmış) AZN məbləğində faiz borcu, 8.01 (səkkiz, sıfır bir) AZN məbləğində cərimə borcu və ümumilikdə 45183.70 (qırx beş min yüz səksən üç, yetmiş) AZN məbləğindəkredit borcumövcuddur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixliərizədən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim etdiyi Sumqayıt şəhəri, 12-ci mkr., ev 8, 22 saylı mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsində və qiymətləndirmə hesabatında göstərilmiş 67000 (altmış yeddi min) AZN məbləği olmaqla, açıq hərracda satılmasına razıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 4542 №-li, xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək, yəni xx xxxxx 2019-cu il tarixədək Cavabdeh banka əsas kredit borcu 44816.09 (qırx dörd min səkkiz yüz on altı, sıfır doqquz) AZN məbləği və faiz borcu 404.42 (dörd yüz dörd, qırx iki) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 145 (yüz qırx beş) AZN məbləği təşkil edir. İş materiallarında olan elektron ödəniş sistemindən çıxarışdan görünür ki, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün İddiaçı ASC tərəfindən 10 (on) AZN məbləğində dövlət rüsumu və 20 (iyirmi) AZN məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan ********* saylı, xx xxxxx 2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış İK-096-İ saylı, xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən mənzil alınması məqsəd ilə Cavabdeh illik 4 (dörd) % dərəcəsi tətbiq edilməklə, 300 (üç yüz) ay müddətinə 50000 (əlli min) AZN məbləğində kredit verilmiş, İddiaçı ASCnin “İpoteka” filialı ilə Cavabdeharasında bağlanmışİK-İP-096-İ saylı, xx xxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mkr., ev 8, 22 saylı mənzilibankın xeyrinə ipoteka predmeti kimi təqdim etmiş və ipoteka predmeti olan əmlak 67000 (altmış yeddi min) AZN məbləği dəyərində qiymətləndirilmişdir. Bundan başqa, Sumqayıt şəhəri, 12-ci mkr., ev 8, 22 saylı mənzil Cavabdeh adına xüsusi mülkiyyət hüququ kimi və İddiaçı ASC-nin xeyrinə ipoteka predmeti kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmış, banka ipoteka predmeti kimi təqdim edilmiş həmin mənzilin bazar dəyəri 67000 (altmış yeddi min) AZN məbləği həddində qiymətləndirilmişdir. Bundan başqa, Cavabdeh xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş Sumqayıt şəhəri, 12-ci mkr., ev 8, 22 saylı mənzil üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. Bundan başqa, Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişi həyata keçirmiş, lakin sonradan bank qarşısında olan öhdəliklərini tam icra etməmiş, hal-hazırda ona qarşı irəli sürülmüş kredit borcu tələbinə dair iddianı qəbul edir və eləcə də, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin ipoteka müqaviləsində və qiymətləndirmə hesabatında göstərilmiş 67000 (altmış yeddi min) AZN məbləği olmaqla, açıq hərracda satılmasına razıdır. Bundan başqa, Cavabdeh banka olan kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmiş və kredit müqaviləsinə əsasən xx xxxxx 2019-cu il tarixə banka 44816.09 (qırx dörd min səkkiz yüz on altı, sıfır doqquz) AZN məbləğində əsas kredit borcu, 359.60 (üç yüz əlli doqquz, altmış) AZN məbləğində faiz borcu, 8.01 (səkkiz, sıfır bir) AZN məbləğində cərimə borcu və ümumilikdə 45183.70 (qırx beş min yüz səksən üç, yetmiş) AZN məbləğindəkredit borcumövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasənilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək hesab edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Göründüyü kimi ipoteka predmetinə yönəldilmə həyata keçirilməsi məsələsinə məhkəmə hüquqi qiymət verərkən ipoteka predmetinin ilkin satış qiymətini gəldiyi nəticədə göstərməlidir. Tərəflər ipoteka müqaviləsi bağladıqları zaman ipoteka predmeti olan Sumqayıt şəhəri, 12-ci mkr., ev 8, 22 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi barədə razılığa gələrək ipoteka predmetini 67000 (altmış yeddi min) AZN məbləği həddində qiymətləndirilməsinə etiraz etməmişlər. Bundan başqa, məhkəmə tədqiqi zamanı daipoteka predmetinin ilkin satış məbləği ilə bağlı tərəflər arasında mübahisə mövcüd olmadığı və “xxxxxxxx” MMC-nin xx xxx 2014-cü il tarixli qiymətləndirmə hesabatı hazırda mövcüd olan bazar qiymətlərinə uyğun olduğu üçün ipoteka predmetinin hərracda ilkin satış qiyməti 67000 (altmış yeddi min) AZN məbləği müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “mənzilin açıq hərracda satıldıqdan sonra boşaldılması” hissəsində hesab edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, şəxsin evdən (mənzildən) məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərizində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-veməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığı üçün iddia iddia tələbinin “mənzilin açıq hərracda satıldıqdan sonra boşaldılması” hissəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsində göstərilmiş “satıldıqda” ifadəsi alqı-satqının bağlanma anını deyil, yeni mülkiyyətçinin mülkiyyət hüququnun yaranma əsasını nəzərdə tutduğuvə bu hal alqı-satqı əsasında yeni mülkiyyətçinin hüquqlarının qeydə alınmasından sonra yarandığı üçün,ipoteka qoyanın mənzili tərk etməsinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Belə ki, alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığı üçün müqavilə daşınmaz əmlakın dövlət reyestrindəqeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır. Belə ki, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun mənzildən çıxarılması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “əsas kredit borcu, faiz borcu və cərimə borcu məbləği”məsələsi texniki bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hallar digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 44816.09 (qırx dörd min səkkiz yüz on altı, sıfır doqquz) AZN məbləğində əsas kredit borcu, 359.60 (üç yüz əlli doqquz, altmış) AZN məbləğində faiz borcu, 8.01 (səkkiz, sıfır bir) AZN məbləğində cərimə borcu, ümumilikdə 45183.70 (qırx beş min yüz səksən üç, yetmiş) AZN məbləğindəkredit borcu, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) AZN məbləğində dövlət rüsumu və 20 (iyirmi) AZN məbləğində xidmət haqqı tutularaq, İddiaçı QSC-nin xeyrinəödənilməli,tələb Cavabdeh xüsusi mülkiyyətində olan, banka ipoteka predmeti kimi təqdim edilmiş Sumqayıt şəhəri, 12-ci mkr., ev 8, 22 saylı mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 67000 (altmış yeddi min) AZN məbləği olmaqla, açıq hərracda satılmalı,satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehin banka olan kredit borcu ödənilməli və iddianın qalan hissəsi rədd edilməlidir. Eyni zamanda, Cavabdeh mülki iş üzrə ilkin məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 145 (yüz qırx beş) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 44816.09 (qırx dörd min səkkiz yüz on altı, sıfır doqquz) AZN məbləğində əsas kredit borcu, 359.60 (üç yüz əlli doqquz, altmış) AZN məbləğində faiz borcu, 8.01 (səkkiz, sıfır bir) AZN məbləğində cərimə borcu, ümumilikdə 45183.70 (qırx beş min yüz səksən üç, yetmiş) AZN məbləğindəkredit borcu, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) AZN məbləğində dövlət rüsumu və 20 (iyirmi) AZN məbləğində xidmət haqqı tutularaq, İddiaçı QSC-nin xeyrinəödənilsin. Tələb Cavabdeh xüsusi mülkiyyətində olan, banka ipoteka predmeti kimi təqdim edilmiş Sumqayıt şəhəri, 12-ci mkr., ev 8, 22 saylı mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti 67000 (altmış yeddi min) AZN məbləği olmaqla, açıq hərracda satılsın,satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehin banka olan kredit borcu ödənilsin. Cavabdeh mülki iş üzrə ilkin məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 145 (yüz qırx beş) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-33/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-33/2020
14.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver