Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-359/2022 07.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - İddiaçı QSC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək edərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli və 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit müqavilələrinin ləğv edilməsini və Cavabdeh İddiaçı QSC-nin xeyrinə 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit müqaviləsi üzrə 279,93 manat məbləğində kredit borcu, 3,28 manat məbləğində faiz borcu və 120,12 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 403,33 məbləğində borcun, 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit müqaviləsi üzrə 4408,04 manat məbləğində kredit borcu, 50,96 manat məbləğində faiz borcu və 1979,24 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6438,24 manat borcun məbləğində və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 88,42 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Cavabdeh ilə İddiaçı QSC aralarında bağlanmış 29 oktyabr 2019-cu il tarixli, 055A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 0,0833% olmaqla, 60 ay müddətinə 279,93 manat məbləğində kredit verilmişdir. Bundan başqa, Cavabdeh ilə İddiaçı QSC aralarında bağlanmış 29 oktyabr 2019-cu il tarixli, 055A********** saylı kredit müqaviləsinə əsasən isə aylıq faiz dərəcəsi 0,0833% olmaqla, 60 ay müddətinə 4408,04 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqavilələri üzrə ödəmələri dəfələrlə yubatmış kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdehə borcun qaytarılmasına dair xəbərdarlıq olunsa da heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Cavabdehlər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin materiallarında olan: 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 0,0833% olmaqla, 60 ay müddətinə 279,93 manat məbləğində kredit verilmişdir. 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 0,0833% olmaqla, 60 ay müddətinə 4408,04 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit müqaviləsi üzrə İddiaçı QSC-yə olan əsas borcu 279,93 manat, faiz borcu 3,28 manat, cərimə borcu 120,12 manat, cəmi borcu 403,33 manat təşkil edir. Maliyyə arayışından görünür ki, Cavabdeh 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit müqaviləsi üzrə İddiaçı QSC-yə olan əsas borcu 4408,04 manat, faiz borcu 50,96 manat, cərimə borcu 1979,24 manat, cəmi borcu 6438,24 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit müqaviləsi üzrə 120,12 manat və 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit müqaviləsi üzrə 1979,24 manat dəbbə pulunun onun maddi əziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 10 manat və 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinə uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli və 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit müqavilələri ləğv edilməli və Cavabdeh İddiaçı QSC-nin xeyrinə 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit müqaviləsi üzrə 279,93 manat məbləğində kredit borcu, 3,28 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 293,21 manat məbləğində borc, 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit müqaviləsi üzrə 4408,04 manat məbləğində kredit borcu, 50,96 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4509 manat məbləğində pul vəsaiti və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 88,42 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli və 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit müqavilələri ləğv edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit müqaviləsi üzrə 279,93 manat məbləğində kredit borcu, 3,28 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 293,21 (iki yüz doxsan üç manat, iyirmi bir qəpik) manat məbləğində borc, 29 oktyabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit müqaviləsi üzrə 4408,04 manat məbləğində kredit borcu, 50,96 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4509 (dörd min beş yüz doqquz) məbləğində borc tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 88,42 (səksən səkkiz manat, qırx iki qəpik) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı QSCnin xeyrinə ödənilsin. Qətnamdən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-359/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-359/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver