Məhkəmə qərarları › İş №2(036)-364/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-364/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-364/2021 06.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “KATV1” brendi ilə fəaliyyət göstərən İddiaçı MMC “Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Milli Televiziya və Radio Şurasından TR 057 №-li, 22 avqust 2005-ci il tarixli və TR 066 №-li, 22 avqust 2011-ci il tarixli lisenziyalar almışdır. Bu məqsəd ilə İddiaçı MMC Bakı şəhərinin müxtəlif rayonlarında, o cümlədən, Sabunçu rayonunda da kabel şəbəkəsi qurub və vətəndaşların fərdi mənzillərinə kabel televiziyasının yayımlanması üçün onlarla müqavilə əsasında kabel xətləri çəkir. Son zamanlar Bakı şəhəri Xətai rayonu ərazisində bir neçə vətəndaş İddiaçı MMC ilə müqavilə bağlamadan “KATV1”-ə məxsus kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısının alınması məqsədilə İddiaçı MMC tərəfindən “xxxx” hüquq firması ilə 15 may 2008-ci il, 15 mart 2011-ci il, 01 oktyabr 2014-cü il, 29 mart 2015-ci il və 04 yanvar 2018-ci il tarixlərdə hüquqi yardım göstərilməsi barədə müqavilə bağlanmışdır. Məlum olmuşdur ki, Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi, ev 7, 118 saylı mənzil cavabdeh X4 məxsusdur. Belə ki, 03 iyun 2013-cü il tarixdə ünvan 1 ünvanda yaşayan X7 İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasınınn şəbəkəsinə qoşulmuş, son ödəməsini 01 sentyabr 2013-cü il tarixədək etmiş və həmin mənzil 06 noyabr 2013-cü il tarixdə 19.80 (on doqquz, səksən) AZN məbləği borcu ilə şəbəbəkədən ayrılmışdır. 21 may 2014-cü il tarixdə “xxxx” hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları ünvan 2 ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmiş və bu barədə 0824 K saylı akt tərtib edilmişdir. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) AZN məbləği və 01 sentyabr 2015-ci il tarixdən etibarən 10 (on) AZN məbləği təşkil edir. Həmin mənzilin kabel şəbəkəsindən ayrıldığı 06 noyabr 2013-cü il tarixdən etibarən 21 may 2014-cü il tarixədək, yəni qanunsuz qoşulma faktı barədə aktın tərtib olunduğu tarixədək olan müddət 196 (yüz doxsan altı) gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün abunə haqqının 30 (otuz) qəpik olmasını nəzərə alaraq, müqavilə bağlanmadan kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə abunə haqqı qismində dəymiş maddi zərərin həcmi 58.80 (əlli səkkiz, səksən) AZN məbləği təşkil edir. İddiaçı MMC tərəfindən “xxxx” hüquq firmasına hüquqi xidmətlərin göstərilməsinə görə ödənilən məbləğ 150 (yüz əlli) AZN məbləğində təşkil etmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh X1 “KATV1” brendi ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 58.80 (əlli səkkiz, səksən) AZN məbləğində dəymiş maddi zərərin, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 150 (yüz əlli) AZN məbləğində hüquqi yardım haqqının və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 20.40 (iyirmi, qırx) AZN məbləğində dövlət rüsumunun, ümumilikdə 229.20 (iki yüz iyirmi doqquz, iyirmi) AZN məbləğində pulun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı “xxxx” QSC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh X6 qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh X2, o cümlədən, İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş TR 066 №-li, 22 avqust 2011ci il tarixli teleradio yayımı üçün lisenziyanın surətindən görünür ki, İddiaçı MMC-yə ümumölkə üzrə kabel, efir-kabel yayımı məqsədi ilə 22 avqust 2011-ci il tarixdən etibarən 6 (altı) il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən icazə verilmişdir. İş materiallarında Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon MənzilKommunal Təsərrüfat Birliyinin 93 saylı Mənzil Kommunal İstismar Sahəsinin 904 saylı, 11 iyun 2014-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi, ev 7, 118 saylı mənzili sahibi X5r. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 0824 K saylı, 21 may 2014cü il tarixli aktın surətindən görünür ki, 21 may 2014-cü il tarixdə ünvan 2 ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman həmin mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma faktı aşkar edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin 22 yanvar 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi, ev 7, 118 saylı mənzil yaşayan X9 arasında “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 03 iyun 2013-cü il tarixdə həmin ünvan “KATV1” kabel televiziyası şəbəkəsinə qoşulub, 01 sentyabr 2013-cü il tarixdə son ödəməni həyata keçirməklə 06 noyabr 2013-cü il tarixdə 19.80 (on doqquz, səksən) AZN borcla şəbəkədən ayrılmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı MMC ilə “xxxx” MMC arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin surətindən görünür ki, “xxxx” MMC İddiaçı MMC-yə hüquqi xidmətlər göstərir. İş materiallarında olan 006İNT********** saylı, 06 oktyabr 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən hüquqi yardım haqqı olaraq 150 (yüz əlli) AZN məbləğində pul “xxxx” MMC-yə ödənilmişdir. İş materiallarında olan ********* saylı, 08 oktyabr 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 20.40 (iyirmi, qırx) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-yə ümumölkə üzrə kabel, efir-kabel yayımı məqsədi ilə 22 avqust 2011-ci il tarixdən etibarən 6 (altı) il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən icazə verilmişdir. Bundan başqa, Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi, ev 7, 118 saylı mənzili sahibi X5r, 21 may 2014-cü il tarixdə ünvan 2 ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman həmin mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma faktı aşkar edilmişdir. Bundan başqa, İddiaçı MMC ilə Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi, ev 7, 118 saylı mənzil yaşayan X9 arasında “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 03 iyun 2013-cü il tarixdə həmin ünvan “KATV1” kabel televiziyası şəbəkəsinə qoşulub, 01 sentyabr 2013-cü il tarixdə son ödəməni həyata keçirməklə 06 noyabr 2013cü il tarixdə 19.80 (on doqquz, səksən) AZN borcla şəbəkədən ayrılmışdır. Bundan başqa, İddiaçı MMC ilə “xxxx” MMC arasında hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmış və İddiaçı MMC tərəfindən hüquqi yardım haqqı olaraq 150 (yüz əlli) AZN məbləğində pul “xxxx” MMC-yə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh X6 İddiaçı MMC-yə məxsus “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmaqla mülki hüquq pozuntusu (delikt) nəticəsində İddiaçı MMC-yə maddi zərər vurduğu üçün iddia təmin edilməli, cavabdeh X1 dəymiş maddi zərərin əvəzi olaraq 58.80 (əlli səkkiz, səksən) AZN məbləğində pul, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 150 (yüz əlli) AZN məbləğində hüquqi yardım haqqı, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 20.40 (iyirmi, qırx) AZN məbləğində dövlət rüsumu və ümumilikdə 229.20 (iki yüz iyirmi doqquz, iyirmi) AZN məbləğində pul tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 58.80 (əlli səkkiz, səksən) AZN məbləğində pul, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 150 (yüz əlli) AZN məbləğində hüquqi yardım haqqı və iddia qaldırılması üçün ödənilmiş 20.40 (iyirmi, qırx) AZN məbləğində dövlət rüsumu, ümumilikdə 229.20 (iki yüz iyirmi doqquz, iyirmi) AZN məbləğində pul tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X3 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar