Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-380/2021 16.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdan köhnə darvazanın, 400 manat pulun və 20 manat dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin iyul ayında həyətinə yeni darvaza düzəltdirmək qərarına gəlib və bu məqsədlə darvaza düzəltmək işi ilə məşqul olan İmişli rayonunun Murğuzallı kənd sakini Cavabdeh müraciət edib. Cavabdeh bildirmişdir ki, köhnə darvaza və eyni zamanda 400 manat pul versə ona yeni darvaza düzəldər. O, cavabdehlə razılaşmış və bundan sonra köhnə darvazanı şofer İslamın maşını ilə cavabdehin sexinə gətirib köhnə darvazanı və 400 manat pulu cavabdehə vermişdir. Cavabdeh ona bir aya yeni darvazanı hazırlıyıb gətirib həyətinə quraşdıracağını bildirsə də, həmin vaxtdan xeyli müddət keçməsinə baxmayarq darvazanı düzəltməmişdir. Cavabdehə dəfəflərlə darvazanı düzəltməsini, əgər düzəltmirsə onun verdiyi köhnə darvazasını və 400 manat pulunu geri qaytarmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh iddaçı İddiaçı məxsus köhnə darvaza, 400 manat məbləğində pul və 20 manat dövlət rüsumu alınıb iddaçı İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh iddaçı İddiaçı məxsus köhnə darvaza, 400 (dörd yüz) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu alınıb iddaçı İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-380/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-380/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver