Məhkəmə qərarları › İş №2(036)-384/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-384/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-384/2021 10.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İş № 2(036)-384/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ İmişli Rayon Məhkəməsi 10 avqust 2021-ci il İmişli şəhəri Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Ayhan Elnur oğlunun katibliyi ilə, İddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış N SM/535-19 saylı, 19 noyabr 2019-cu il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 40 (qırx) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə 16000 (on altı min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu cəmiyyətin xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən cəmiyyətin xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 04 noyabr 2020-ci il tarixə cəmiyyətə 4714 (dörd min yeddi yüz on dörd) AZN məbləğində əsas kredit borcu, 1518.94 (min beş yüz on səkkiz, doxsan dörd) AZN məbləğində faiz borcu və ümumilikdə 6232.98 (altı min iki yüz otuz iki, doxsan səkkiz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 4714 (dörd min yeddi yüz on dörd) AZN məbləğində əsas kredit borcunun, 1518.94 (min beş yüz on səkkiz, doxsan dörd) AZN məbləğində faiz borcunun, ümumilikdə 6232.98 (altı min iki yüz otuz iki, doxsan səkkiz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəbini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış N SM/535-19 saylı, 19 noyabr 2019-cu il tarixli kredit xətti müqaviləsindən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh illik 40 (qırx) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə, 16000 (on altı min) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan N SM/535-19 saylı, 19 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16000 (on altı min) AZN məbləğində kredit borcunu illik 40 (qırx) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə hər ay vaxtı-vaxtında cəmiyyətin xeyrinə ödəməlidir. İş materiallarında olan 04 noyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 04 noyabr 2020-ci il tarixə cəmiyyətə 4714 (dörd min yeddi yüz on dörd) AZN məbləğində əsas kredit borcu, 1518.94 (min beş yüz on səkkiz, doxsan dörd) AZN məbləğində faiz borcu, ümumilikdə isə 6232.98 (altı min iki yüz otuz iki, doxsan səkkiz) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan BC-BOKT/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC-yə olan kredit borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/2356 №-li, 27 may 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 20 noyabr 2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC-yə əsas kredit borcu üzrə-6975.20 (altı min doqquz yüz yetmiş beş, iyirmi) AZN məbləğində və faiz borcu üzrə-914.53 (doqquz yüz on dörd, əlli üç) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 150 (yüz əlli) AZN məbləği təşkil edir. İş materiallarında olan ********* saylı, 06 noyabr 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış N SM/535-19 saylı, 19 noyabr 2019-cu il tarixli kredit xətti müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə illik 40 (qırx) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə 16000 (on altı min) AZN məbləğində kredit verilmiş, Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu cəmiyyətin xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, Cavabdeh kredit müqaviləsinə əsasən cəmiyyətin xeyrinə müəyyən məbləğ pul ödənişi həyata keçirmiş, lakin sonradan cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmiş, cavabdeh cəmiyyətə olan kredit borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmiş və kredit müqaviləsinə əsasən 04 noyabr 2020-ci il tarixə cəmiyyətə 4714 (dörd min yeddi yüz on dörd) AZN məbləğində əsas kredit borcu, 1518.94 (min beş yüz on səkkiz, doxsan dörd) AZN məbləğində faiz borcu və ümumilikdə isə 6232.98 (altı min iki yüz otuz iki, doxsan səkkiz) AZN məbləğində kredit borcu mövcuddur. Bundan başqa, ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın rəyinə əsasən Cavabdeh 20 noyabr 2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC-yə əsas kredit borcu üzrə-6975.20 (altı min doqquz yüz yetmiş beş, iyirmi) AZN məbləğində və faiz borcu üzrə-914.53 (doqquz yüz on dörd, əlli üç) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “kredit ödənişlərinin məbləği” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 4714 (dörd min yeddi yüz on dörd) AZN məbləğində əsas kredit borcu, 914.53 (doqquz yüz on dörd, əlli üç) AZN məbləğində faiz borcu, ümumilikdə 5628.53 (beş min altı yüz iyirmi səkkiz, əlli üç) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda, Cavabdeh mülki iş üzrə ilkin məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 (yüz əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4714 (dörd min yeddi yüz on dörd) AZN məbləğində əsas kredit borcu, 914.53 (doqquz yüz on dörd, əlli üç) AZN məbləğində faiz borcu, ümumilikdə 5628.53 (beş min altı yüz iyirmi səkkiz, əlli üç) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilsin. Cavabdeh mülki iş üzrə ilkin məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 (yüz əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar