Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-396/2023 13.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və iddiaçı «X3 Kompleksi» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı «X3 Kompleksi» MMC-nin Cavabdeh qarşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «X3 Kompleksi» MMC Cavabdeh qarşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq xam pambığın alqısatqısına dair tərəflər arasında bağlanmış 13 yanvar 2021-ci il tarixli 032 saylı müqavilədən irəli gələn öhdəliyi qarşı tərəfin lazımi qaydada icra etməməsi səbəbindən ona dəymiş maddi zərərin ödənilməsi üçün xeyrinə 7605,25 manat əsas borc, 1521,05 manat cərimə, cəmi 9237,56 manat və ödənilmiş dövlət rüsumuna görə 111,26 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X3 Kompleksi» MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan «X3 Kompleksi» MMC ( Alıcı) və Cavabdeh (Fermer) arasında «X3 Kompleksi» MMC – nin İmişli pambıq istehsalı və tədarükü məntəqəsinin (Tədarükçü) iştirakı ilə bağlanmış 13 yanvar 2021-ci il tarixli 032 saylı xam pambığın alqı-satqısına dair müqavilənin 1.1-ci bəndinə əsasən “Fermer” ona məxsus olan `7.50 ha torpaq sahəsində 2021-ci ilin mövsüm dövrü ərzində pambıq əkməyi və əldə edilən yüksək keyfiyyətli məhsulu müəyyən edilmiş qiymətə “Alıcı”ya təhvil verməyi, “Alıcı” isə “Fermer”in istehsal etdiyi xam pambığı qəbul edib dəyərini müəyyən edilmiş qiymətlə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.7-ci bəndinə əsasən “Alıcı”ya məxsus texnikalarla görülmüş şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s. göstərilin xidmətlərin, toxumluq çiyidin, zəhərli kimyəvi preparatların, gübrənin dəyərini, həmçinin nağdsız qaydada götürülən vəsaitin məbləğini “Fermer” istehsal etdiyi xam pambıqla nəzərdə tutulmuş müddətdə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən fermerə verilən avans vəsaitlərinin (nağdsız qaydada ödəmələr və sair aqrotexniki xidmətlər) təminatını və tədarük edilən xam pambığın dəyərinin ödənilməsini “Tədarükçü” vasitəsilə həyata keçirir. İşdə olan İmişli Pİ və TM –də 2020-ci ilin pambıq əkininə, becərilməsinə və tədarükünə verilmiş avans vəsaiti, xidmət işlərinin məzmunları üzrə məlumat Cədvəlindən çıxarışa əsasən “Fermer” Cavabdeh cəmi 10521,05 manat dəyərində avans verilmiş, ödənilən məbləğ 2915,80 manat, qalıq avans borc 7605,25 manat təşkil etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli Üzləşmə aktının surətinə əsasən «X3 Kompleksi» MMC və Cavabdeh arasında bağlanmış 13 yanvar 2021-ci il tarixli 032 saylı xam pambığın alqı-satqısına dair müqavilə üzrə fermerə 10521,05 manat avans verilməsi təsdiq olunmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, fermer Cavabdeh 2021-ci ilin mövsüm müddətində olan “X3 Kompleksi” MMC sifarişi ilə ondan aldığı 10521,05 manat avans vəsaiti hesabına 7.50 ha sahədə pambıq becərilməsi üçün əkin aparmış və nəzərdə tutulmuş çəkidə xam pambıq təhvil verməyərək 7605,25 manat borclu qalmışdır. AR Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar vu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 7605,25 manat və ödənilmiş dövlət rüsumuna görə 111,26 manat tutulub iddiaçı « X3 Kompleksi» MMC-nin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7605,25 (yeddi min altı yüz beş manat iyirmi beş qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 111,26 (yüz on bir manat iyirmi altı qəpik) manat tutulub iddiaçı «X3 Kompleksi» MMC -nin hesabına keçirilsin. Qətnamədən 1(bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-396/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-396/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver