Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-4/2021 29.01.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qıznın katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, X4 Kredit Təşkilatı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcu barədə iddiasına dair mülki açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X4 Kredit Təşkilatı “X5” MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx xxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 737.18 ABŞ dolları əsas borc, xx xxxxxxxx 2016-cı il tarixə qədər hesablanmış 110.63 ABŞ dolları faiz borcu, 73.72 ABŞ dolları cərimə, ümumilikdə 921.53 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul vəsaitinin X6 Təşkilatı “X5” MMC-nın xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, İmişli rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(036)-2027/2018 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh həmin məhkəmə əmrinə yazılı etiraz edərək məhkəmə əmrinin ləğv edilməklə işə yenidən iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, İmişli rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(036)-2027/2018 saylı qərardadı ilə məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında yenidən baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 Təşkilatı “X5” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 36% olmaqla 18 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq həmin tarixdə cavabdeh Zamin arasında zaminlik müqaviləsi bağlanmış və o həmin müqaviləyə əsasən Cavabdeh öhdəliklərini icrası məqsədilə onunla eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər Cavabdeh və Zamin kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Borcun ödənilməsinə dair cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. X4 Kredit Təşkilatı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək izahatında göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə kredit müqaviləsi üzrə bütün hüquqlar və tələblər X6 Təşkilatı “X5” MMC tərəfindən X6 Təşkilatı “xxxx” MMC-yə güzəşt edilmişdir. Ona görə də cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx xxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 737.18 ABŞ dolları əsas borc, xx xxxxxxxx 2016-cı il tarixə qədər hesablanmış 110.63 ABŞ dolları faiz borcu, 73.72 ABŞ dolları cərimə, cəmi 921.53 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun tutulub X6 Təşkilatı “xxxx” MMC-nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin materiallarında olan kreditor X6 Təşkilatı “X5” MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik faiz dərəcəsi 36% olmaqla 18 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşə əlavə edilmiş X6 Təşkilatı “X5” MMC ilə Zamin arasında bağlanmış xx xxxx 2015ci il tarixli LD********** zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Zamin bank qarşısında cavabdehliyi öz üzərinə götürmüşdür. İşdə olan hüquqların və tələblərin güzəşti haqqında xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, kredit müqaviləsi üzrə bütün hüquqlar və tələblər X6 Təşkilatı “X5” MMC tərəfindən X6 Təşkilatı “xxxx” MMC-yə güzəşt edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh və Zamin kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca icra etməmişlər, hazırda onların iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 73.72 ABŞ dolları məbləğində dəbbə pulunun onun maddi əziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 10 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdən görünür ki, məhkəmə əmrinə etiraz etmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx xxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 737.18 ABŞ dolları əsas borc, 110.63 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə, cəmi 857.81 ABŞ dolları və 20 manat məbləğində dövlət rüsumu tutulub X4 Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə ödənilməli, əlavə olaraq 10 manat dövlət rüsumu cavabdehlərdən tutulub döblət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx xxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 737.18 ABŞ dolları əsas borc, 110.63 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə, cəmi 857.81 (səkkiz yüz əlli yeddi dollar, səksən bir sent) ABŞ dolları məbləğində pul qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manat ilə hesablanaraq tutulub X6 Təşkilatı “xxxx” MMC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul tutulub X6 Təşkilatı “xxxx” MMC-nin xeyrinə ödənilsin. Əlavə olaraq 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutulub dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-4/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-4/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver