Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-40/2023 22.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər, Cavabdeh və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəlməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər, Cavabdeh və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəlməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib İddiaçı QSC-nin xeyrinə cavabdehlər, Cavabdeh, Zamin3, Zamin1 və Zamin2 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 28R000005849 nömrəli kredit razılaşmasının əsasən 4858.79 ABŞ dolları əsas borc, 790.77 ABŞ dolları faiz borcu, 2615.73 ABŞ dolları cərimə borcu, ümumilikdə, 8265.29 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10.00 manat rüsum və 20.00 manat xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Zamin3 məxsus İmişli şəhəri Sabir Fətəliyev küçəsində 0.13 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 251.8 m2 olan 32 saylı fərdi yaşayış evinə yönəldilərək ipoteka predmetinin açıq hərracdan satılmasından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti satıldıqdan 1 ay sonra Cavabdeh, Zamin3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2010-ci il tarixli, 20L000000170 nömrəli kredit xətti müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana 50000.00 (əlli min) ABŞ dollar məbləğində kredit xətti açılması barədə razılığa gəlmişlər. İşdə olan kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 28R000005849 nömrəli kredit razılaşmasının surətinə əsasən müqavilə tərəfləri borcalana illik 2 faizlə 36 ay müddətinə 30000.00 (otuz min) ABŞ dollar məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan ödəniş planına əsasən Cavabdeh İddiaçı QSC-dən aldığı 30000 (otuz min) ABŞ dolları kredit məbləğini 14.771.18 ABŞ dolları faiz borcu ilə birlikdə hissə-hissə ödəməklə xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2010-cu il tarixli, 20S000000351 nömrəli Zaminlik müqaviləsinin surətinə əsasən Zamin3 Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 28R000005849 saylı kredit razılaşması üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2010-cu il tarixli, 20S000000352 nömrəli Zaminlik müqaviləsinin surətinə əsasən Zamin1 Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 28R000005849 saylı kredit razılaşması üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2011-ci il tarixli, 28S000000189 nömrəli Zaminlik müqaviləsinin surətinə əsasən Xudyev X1 Umud Qaçay oğlu ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 28R000005849 saylı kredit razılaşması üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 20M000000089 tarixli ipoteka müqaviləsinin surətinə əsasən Zamin3 mülkiyyətində olan İmişli şəhəri Sabir Fətəliyev küçəsində 0.13 ha torpaq sahəsində yerləşən 251.8 m2 ümumi, 80 m2 yaşayış, 171.8 m2 yardımçı sahəsindən ibarət 4 otaqlı 32 nömrəli fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 28R000005849 nömrəli kredit razılaşması müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İşdə olan kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 28R000005849S nömrəli sazişin və ona əlavə edilmiş ödəniş planının surətinə əsasən tərəflər 19697.60 ABŞ dolları qalıq borc məbləğini 3274.05 ABŞ dolları faizlə birlikdə hissə-hissə ödəməklə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2016-cı il tarixli, 28R000005849SA nömrəli sazişin və ona əlavə edilmiş ödəniş planının surətinə tərəflər 15761.60 ABŞ dolları qalıq borc məbləğini 4070.09 ABŞ dolları faizlə birlikdə hissə-hissə ödəməklə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2017-ci il tarixli, 28R000005849SB nömrəli sazişin və ona əlavə edilmiş ödəniş planının surətinə əsasən tərəflər 6161.60 ABŞ dolları qalıq borc məbləğini 798.44 ABŞ dolları faizlə birlikdə hissə-hissə ödəməklə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2018-ci il tarixli, 28R000005849SC nömrəli sazişin və ona əlavə edilmiş ödəniş planının surətinə əsasən tərəflər 5561.60 ABŞ dolları qalıq borc məbləğini 1276.46 ABŞ dolları faizlə birlikdə hissə-hissə ödəməklə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli, 28R000005849SD nömrəli sazişin və ona əlavə edilmiş ödəniş planının surətinə əsasən tərəflər 5099.14 ABŞ dolları qalıq borc məbləğini 1421.16 ABŞ dolları faizlə birlikdə hissə-hissə ödəməklə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan “HEBA onsulting” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Ç-032 saylı məlumata əsasən ipoteka predmeti olan fərdi yaşayış evi sökülmüş, həyətyanı sahədə birmərtəbəli yaşayış evi tikilmişdir. İşdən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 28R000005849 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş qaydada 4858.79 ABŞ dolları əsas borc, 790.77 ABŞ dolları faiz borcu, 2615.73 ABŞ dolları cərimə borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı QSCnin xeyrinə cavabdehlər, Cavabdeh, Zamin3, Zamin1 və Zamin2 müştərək qaydada 4858.79 ABŞ dolları əsas borc, 790.77 ABŞ dolları faiz borcu, 50.00 ABŞ dolları cərimə borcu ümumilikdə, 5699.56 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10.00 manat rüsum və 20.00 manat xidmət haqqı tutulmalıdır; İpoteka predmeti olan İmişli şəhəri Sabir Fətəliyev küçəsi 0.13 ha torpaq sahəsində yerləşən 32 saylı daşınmaz əmlak obyeki məhv olduğundan mülkiyyət hüququ itirildiyə görə, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdehlər, Cavabdeh, Zamin3, Zamin1 və Zamin2 müştərək qaydada ödəniş vaxtı məzənnədə milli valyuta ilə 4858.79 (dörd min səkkiz yüz əlli səkkiz dollar, yetmiş doqquz sent) ABŞ dolları əsas borc, 790.77 (yeddi yüz doxsan dollar, yetmiş yeddi sent) ABŞ dolları faiz borcu, 50.00 (əlli) ABŞ dolları cərimə borcu ümumilikdə 5699.56 (beş min altı yüz doxsan doqquz dollar, əlli altı sent) ABŞ dolları, 30.00 (otuz) manat dövlət rüsumu, 10.00 (on) manat rüsum və 20.00 (iyirmi) manat xidmət haqqı tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-40/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-40/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver