Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-400/2024 11.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, X3nun itkin düşmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1986-cı il tarixdə X7 ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. 1996-cı il tarixədək birlikdə yaşamışlar. Birgə nikahlarından üç uşaqları doğulmuşdur. X3 1996-cı ilin may ayında işləmək üçün Rusiya Federasiyasının Tver şəhərinə getmişdir. Həmin vaxtdan 6 ay müddət keçdikdən sonra qayıtmadığına görə onun harada olması ilə bağlı maraqlanmağa başlamışlar. Sonuncu dəfə Tver şəhərində vəfat etmiş qohumları Azadın evinə getmiş və oradan çıxdıqdan sonra onun kiminlə və hara getməsini öyrənə bilməmişlər. İlqarın itkin düşməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmişlər. Lakin axtarılşlar heç bir nəticə verməmişdir. Hazırkı vaxtadək İlqarın harada olması və onun yaşayıb-yaşamaması barədə heç bir məlumat yoxdur. Hazırda ərizəçi pay torpaq sahəsi üzərində mülkiyyət hüququna dair sənəd əldə etmək istəyir. Lakin, X3nun itkin düşməsini təsdiq edən sənəd olmadığından müvafiq orqanlar mülkiyyət hüququna dair sənədi verməkdən imtina edir. Bu səbəbdən göstərilən faktın müəyyən edilməsi ərizəçi üçün mühüm əhəmiyyət kəsb edir.
3. İİİ-JQ 497119 nömrəli nikahın bağlanması haqqında şəhədətnamənin surətindən görünür ki, xx.xx.1986-cı il tarixdə İmişli rayon VVAQ şöbəsində Ərizəçi və X10 arasında nikah aktı qeydə alınmışdır.
4. İmişli RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 525 nömrəli arayışından görünür ki, X7 itkin düşən günədək İmişli şəhəri, Araz küçəsi ev 45 ünvanında yaşamışdır.
5. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 xəbərsiz itkin düşməsi faktı ilə əlaqədar olaraq onun barəsində İmişli RPŞ-də axtarış işi yoxdur.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8, X2, X1 və X5 ifadələrində X4 1996-cı ilin may ayında işləmək üçün Rusiya Federasiyasının Tver şəhərinə getdiyini və həmin vaxtdan bu günədək ondan heç bir xəbər olmadığını bildirmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi.
8. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
9. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllə
10. Maddə 40.1. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər.
11. Maddə 40.2. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
12. Maddə 305.1.2. Məhkəməmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır.
13. Maddə 313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.
14. Maddə 315.1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır.
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
19. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
20. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır.
21. Belə ki, məhkəmə iclasında müəyyən edilir ki, ərizəçin əri xx.xx.1963-cü il təvəllüdlü X7 1996-cı ilin may ayında işləmək üçün Rusiya Federasiyasının Tver şəhərinə getmiş və həmin vaxtdan onun olduğu yer məlum deyildir, yaşayış yerində görünməmiş və barəsində heç bir məlumat yoxdur.
22. Qanunvericiliyin tələbinə görə əgər şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində yaşayış yerində görünməmişsə o, məhkəmənin qərarı ilə xəbərsiz itkin düşmüş hesab edilə bilər. Lakin, bu fakt məhkəmə qaydasında müəyyən edilmədiyindən ərizəçi itkin düşmüş şəxsin əmlakını idarə edə bilmir. Bu səbəbdən göstərilən faktın müəyyən edilməsi ərizəçi üçün mühüm əhəmiyyət kəsb edir.
23. X7 haqqında son məlumat 1996-cı ilin axırlarında əldə edildiyindən onun xəbərsiz itkin düşmüş sayılma müddətinin əvvəli son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, yəni xx.xx.1997-cı il tarixdən başlayaraq hesablanmalıdır.
24. Göründüyü kimi X7 haqqında son məlumatların alındığı tarixdən nəinki 2 il, uzun illər keçsə də, bu günədək ondan heç bir xəbər yoxdur. Ona görə də məhkəmə hesab edir ki, X4 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır.
25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
26. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
27. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
28. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilib, ərizəçinin X3 xəbərsiz itkin düşmüş hesab edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 355-35 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəsi təmin edilsin. Ərizəçi əri xx.xx.1963-cü il təvəllüdlü X7 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev