Məhkəmə qərarları › İş №2(036)-409/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-409/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-409/2021 19.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2018-ci il tarixli “bank kartlarının alınması və onlardan istifadə edilməsinə” dair müqaviləyə əsasən bank tərəfindən cavabdehə istifadə etmək üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış “bank kartlarının alınması və onlardan istifadə edilməsinə” dair müqavilənin 4.1-ci bəndi əsasən kart sahibi aldığı kartı, onun istifadə etmə müddəti ərzində Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu müqavilənin şərtlərinin məzmununa, bankın müəyyən etdiyi və edəcəyi qaydalara əsasən istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən kart sahibi kartlarla bağlı yaranan borcu, həmçinin müəyyən etdiyi faiz, komisyon haqlarını və digər ödəmələri yerinə yetirilməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən bank əməliyyat vaxtı xarici valyutanın hesablaşma valyutasıba konvertasiyası üzrə əlavə komisyon haqlarını almaq hüququna malikdir. İddiaçı ASC-nin “İmişli” filialının müştərisi olan Cavabdeh məxsus plastik kart hesabında (********************) 11 mart 2020-ci il tarixdə 0.05 manat özünə aid vəsait olmuş, həmin tarixdə sistemdə baş vermiş texniki xəta səbəbindən onun kart hesabında əlavə 1000 (min) manat vəsait yaranmışdır. Bundan məlumatlı olan Cavabdeh 11 mart 2020-ci il tarixdə həmin vəsaitin 913.50 (doqquz yüz on üç, əlli) manat (bank tərəfindən tutulmuş komissiya daxil olmaqla) hissəsini ATM vasitəsi ilə (əməliyyatın təsviri: ATM NEFTCHİLAR BRANCH 2-********) nəğdləşdirilmiş, 25 (iyirmi beş) manat və 1 (bir) manat hissəsini “online” olaraq (əməliyyatın təsviri: AZERCELL PAYMENT-20200311-AZN-25,0: əməliyyatın təsviri: AZERCELL PAYMENT-20200311-AZN1,0) ödəniş etmiş, bununla yanaşı “sms” xəbərdarlıq xidməti ilə bağlı 0.40 manat silinmə (əməliyyatın təsviri: - 20200307-AZN-00-4127..3381-) aparılmışdır. Bank tərəfindən bu hal müəyyən edildikdən texniki xəta səbəbli kart hesabında yaranmış 1000 (min) manat vəsait geri qaytarılmış, nəticədə Cavabdeh kart hesabına (********************) 939.85 manat (1000.05-913.50-25- 1-0.40=60.15 manat, 60.15-1000=939.85) mənfi qalıq formalaşdırılmışdır. Beləliklə, Cavabdeh özünə aid olmayan 939.85 (doqquz yüz otuz doqquz, səksən beş) manat vəsait mənimsəməklə əsassız olaraq, varlanmışdır. Həmin vəsaitə 31 mart 2020-ci il tarixdən 30 sentyabr 2020-ci il tarixədək ümumilikdə 131.81 (yüz otuz bir, səksən bir) manat faiz hesablanmış, 22 may 2020-ci il tarixdə Cavabdeh tərəfindən mənimsənilmiş vəsaitin 10 (on) manatı bank tərəfindən onun hesabına daxil olmuş vəsait hesabına bərpa olunmuş və hesablanmış faiz borcuna silinmişdir. Cavabdeh 22 oktyabr 2020-ci il tarixə banka 939.85 (doqquz yüz otuz doqquz, səksən beş) AZN məbləğində əsas borcu, 121.81 (yüz iyirmi bir, səksən bir) AZN məbləğində faiz borcu, ümumilikdə 1061.66 (min altmış bir, altmış altı) AZN məbləğində pul borcu mövcuddur. Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin İddiaçı ASC-yə geri qaytarılması barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmiş, lakin xəbərdarlığın müsbət nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən, Cavabdeh 939.85 (doqquz yüz otuz doqquz, səksən beş) AZN məbləğində əsas borcun, 121.81 (yüz iyirmi bir, səksən bir) AZN məbləğində faiz borcunun, ümumilikdə 1061.66 (min altmış bir, altmış altı) AZN məbləğində pulun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi ərizə və teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən, İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2018-ci il tarixli “bank kartlarının alınması və onlardan istifadə edilməsinə” dair müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh istifadə etmək üçün plastik kart verilmişdir. İş materiallarında olan 10 sentyabr 2020-ci il tarixli hesabdan çıxarışdan və 290 saylı, 22 oktyabr 2020-ci il tarixli əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, Cavabdeh məxsus plastik kart hesabında (********************) 11 mart 2020-ci il tarixdə 0.05 manat özünə aid vəsait olmuş, həmin tarixdə sistemdə baş vermiş texniki xəta səbəbindən onun kart hesabında əlavə 1000 (min) manat vəsait yaranmış, Cavabdeh 11 mart 2020-ci il tarixdə həmin vəsaitin 913.50 (doqquz yüz on üç, əlli) manat (bank tərəfindən tutulmuş komissiya daxil olmaqla) hissəsini ATM vasitəsi ilə (əməliyyatın təsviri: ATM NEFTCHİLAR BRANCH 2-********) nəğdləşdirilmiş, 25 (iyirmi beş) manat və 1 (bir) manat hissəsini “online” olaraq (əməliyyatın təsviri: AZERCELL PAYMENT-20200311- AZN-25,0: əməliyyatın təsviri: AZERCELL PAYMENT-20200311-AZN1,0) ödəniş etmiş, bununla yanaşı “sms” xəbərdarlıq xidməti ilə bağlı 0.40 manat silinmə (əməliyyatın təsviri: -20200307-AZN-00-4127..3381-) aparılmışdır. Bank tərəfindən bu hal müəyyən edildikdən texniki xəta səbəbli kart hesabında yaranmış 1000 (min) manat vəsait geri qaytarılmış, nəticədə Cavabdeh kart hesabına (********************) 939.85 manat (1000.05-913.50-25- 1-0.40=60.15 manat, 60.15-1000=939.85) mənfi qalıq formalaşdırılmış, həmin vəsaitə 31 mart 2020-ci il tarixdən 30 sentyabr 2020-ci il tarixədək ümumilikdə 131.81 (yüz otuz bir, səksən bir) manat faiz hesablanmış, 22 may 2020-ci il tarixdə Cavabdeh tərəfindən mənimsənilmiş vəsaitin 10 (on) manatı bank tərəfindən onun hesabına daxil olmuş vəsait hesabına bərpa olunmuş və hesablanmış faiz borcuna silinmişdir. Cavabdeh oğlunun 22 oktyabr 2020-ci il tarixə banka 939.85 (doqquz yüz otuz doqquz, səksən beş) AZN məbləğində əsas borcu, 121.81 (yüz iyirmi bir, səksən bir) AZN məbləğində faiz borcu, ümumilikdə 1061.66 (min altmış bir, altmış altı) AZN məbləğində pul borcu mövcuddur. İş materiallarında olan PKİD-0220 saylı, 25 sentyabr 2020-ci il tarixli xəbərdaqlıqdan görünür ki, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin İddiaçı ASC-yə geri qaytarılması barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, 09 sentyabr 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2018-ci il tarixli “bank kartlarının alınması və onlardan istifadə edilməsinə” dair müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istifadə etmək üçün plastik kart verilmişdir. Bundan başqa, Cavabdeh məxsus plastik kart hesabında (********************) 11 mart 2020-ci il tarixdə 0.05 manat özünə aid vəsait olmuş, həmin tarixdə sistemdə baş vermiş texniki xəta səbəbindən onun kart hesabında əlavə 1000 (min) manat vəsait yaranmışdır. Bundan məlumatlı olan Cavabdeh 11 mart 2020-ci il tarixdə həmin vəsaitin 913.50 (doqquz yüz on üç, əlli) manat (bank tərəfindən tutulmuş komissiya daxil olmaqla) hissəsini ATM vasitəsi ilə (əməliyyatın təsviri: ATM NEFTCHİLAR BRANCH 2-********) nəğdləşdirilmiş, 25 (iyirmi beş) manat və 1 (bir) manat hissəsini “online” olaraq (əməliyyatın təsviri: AZERCELL PAYMENT-20200311-AZN-25,0: əməliyyatın təsviri: AZERCELL PAYMENT-20200311-AZN1,0) ödəniş etmiş, bununla yanaşı “sms” xəbərdarlıq xidməti ilə bağlı 0.40 manat silinmə (əməliyyatın təsviri: - 20200307-AZN-00-4127..3381-) aparılmışdır. Bank tərəfindən bu hal müəyyən edildikdən texniki xəta səbəbli kart hesabında yaranmış 1000 (min) manat vəsait geri qaytarılmış, nəticədə Cavabdeh kart hesabına (********************) 939.85 manat (1000.05-913.50-25- 1-0.40=60.15 manat, 60.15-1000=939.85) mənfi qalıq formalaşdırılmış, həmin vəsaitə 31 mart 2020-ci il tarixdən 30 sentyabr 2020-ci il tarixədək ümumilikdə 131.81 (yüz otuz bir, səksən bir) manat faiz hesablanmış, 22 may 2020-ci il tarixdə Cavabdeh tərəfindən mənimsənilmiş vəsaitin 10 (on) manatı bank tərəfindən onun hesabına daxil olmuş vəsait hesabına bərpa olunmuş və hesablanmış faiz borcuna silinmişdir. Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin İddiaçı ASC-yə geri qaytarılması barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmiş və onun 22 oktyabr 2020-ci il tarixə banka 939.85 (doqquz yüz otuz doqquz, səksən beş) AZN məbləğində əsas borcu, 121.81 (yüz iyirmi bir, səksən bir) AZN məbləğində faiz borcu, ümumilikdə 1061.66 (min altmış bir, altmış altı) AZN məbləğində pul borcu mövcuddur. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əsassız varlanma”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsi əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “əsassız varlanma” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsası qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-cİ maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Bundan başqa, məhkəmə hesab edir ki, “varlanmış şəxs” Cavabdeh hüquqi əsas olmadan və ya həyata keçirilməmiş əsasə görə “məhrum olan” Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Cavabdeh qarşı pul məbləğinin geri qaytarılması məqsədi ilə Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;

3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı "xxxx" ASC iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Ümumiyyətlə, İddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır, gətirdiyi dəlillər əsaslı hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, 1. İddiaçı ASC-nin əsassız varlanmaya görə pul məbləğinin (əmlakın) geri qaytarılması məqsədi ilə cavabdeh Maşıyev X2 qarşı “pul” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. Cavabdeh hüquqi əsas olmadan və ya həyata keçirilməmiş əsasə görə iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı; 3. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən İddiaçı ASC iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bildiyi və eləcə də, bu hal məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iddia təmin edilməli, Cavabdeh 939.85 (doqquz yüz otuz doqquz, səksən beş) AZN məbləğində əsas borc, 121.81 (yüz iyirmi bir, səksən bir) AZN məbləğində faiz borc, ümumilikdə 1061.66 (min altmış bir, altmış altı) AZN məbəğində pul və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 939.85 (doqquz yüz otuz doqquz, səksən beş) AZN məbləğində əsas borc, 121.81 (yüz iyirmi bir, səksən bir) AZN məbləğində faiz borc, ümumilikdə 1061.66 (min altmış bir, altmış altı) AZN məbəğində pul və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar