Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-412/2021 12.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əlizadə Qənimət Tərlan oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Sarxanlı kəndində yaşayır. 2020-ci ilin aprel ayında İmişli Rayon Polis Şöbəsində müəyyən işi ilə bağlı olduğu zaman təsadüfən Cavabdeh ilə tanış olmuşdur. Həmin vaxt Cavabdeh ona yaxınlaşaraq, özünü İmişli Rayon Məşğulluq İdarəsinin əməkdaşı kimi təqdim edib, biraz söhbət etdikdən sonra ona müəyyən məbləğ pul qarşılığında “uşaq pulu, sosial pensiya düzəldə” biləcəyini demişdir. O, Cavabdeh bu təklifi ilə razılaşaraq, evə gəldikdən sonra bu barədə həyat yoldaşına, qaynı X6 və baldızı X2 da məlumat vermişdir. Onlar da Cavabdeh inandığı üçün onun bu təklifi razılaşmışlar. Belə ki, qaynı X8 “sosial pensiya düzəltmək” üçün 400 (dörd yüz) AZN məbləğində və baldızı X4 “tibb bacısı kimi işə düzəltmək” üçün 240 (iki yüz qırx) AZN məbləğində pulu ona vermişlər. O da qaynı Rasimin 400 (dörd yüz) AZN məbləğində, baldızı Nətavanın 240 (iki yüz qırx) AZN məbləğində pulunu və özünə “uşaq pulu düzəltmək” üçün 775 (yeddi yüz yetmiş beş) AZN məbləğində pulu, ümumilikdə 1415 (min dörd yüz on beş) AZN məbləğində pulu şəxsən Cavabdeh vermişdir. Lakin Cavabdeh 1415 (min dörd yüz on beş) AZN məbləğində pulu alsa da, lakin bu günədək nə onların işini düzəltmiş, nə də onların pulunu geri qaytarmışdır. O, bu barədə İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin İmişli Rayon Polis X3 təhqiqatçısı, polis baş leytenantı X9 tərəfindən mübahisə mülki hüquqi xarakterli olduğu üçün “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. O, 1415 (min dörd yüz on beş) AZN məbləğində pulun geri qaytarılması üçün dəfələrlə Cavabdeh müraciət etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Hesab edir ki, Cavabdeh tərəfindən hüquqları kobud şəkildə pozulmuş, aldadılmış və cavabdehin qanunsuz hərəkəti bir insan kimi ona çox ağır təsir edir. Bu səbəbdən də, o, Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh 1415 (min dörd yüz on beş) AZN məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhərində yaşayır və yaşadığı evin həyətində paltar mağazası işlədir. İddiaçı müəyyən faiz qarşılığında borc pul verən şəxs kimi tanımışdır. 2020-ci ilin aprel ayında müəyyən məbləğ pula ehtiyacı olduğu üçün İddiaçı 1000 (min) AZN məbləğində borc pul almışdır. O, bir müddət maddi cəhətdən müəyyən çətinlik çəkdiyi üçün həmin borc pul məbləğini İddiaçı geri qaytara bilməmişdir. Bu səbəbdən də, İddiaçı ona tez-tez zəng vuraraq, 1000 (min) AZN məbləğində əsas borcun və 415 (dörd yüz on beş) AZN məbləğində faiz borcunun geri qaytarılmasını tələb etmişdir. Eyni zamanda bildirir ki, o, 1000 (min) AZN məbləğində pulun üzərinə müəyyən məbləğ faiz hesablanmamaqla, İddiaçı borc almışdır. Hal-hazırda onun İddiaçı 1000 (min) AZN məbləğində borc pulu mövcuddur. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Belə ki, İddiaçı ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “pul” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığı üçün İmişli Rayon Polis X3 təhqiqatçısı, polis baş leytenantı X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan ********* saylı, xx xxxxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, İddiaçı onun qardaşının arvadıdır. Cavabdeh Lətafət xanıma görə tanımışdır. Belə ki, 2020-ci ilin aprel ayında İddiaçı ona “İlqar” adlı şəxsin müəyyən məbləğ pul qarşılığında “uşaq pulu, sosial pensiya düzəldə” biləcəyini demişdir. O da razılaşaraq, Cavabdeh “sosial pensiya düzəltməsi” üçün İddiaçı 400 (dörd yüz) AZN məbləğində pul, eləcə də bacısı X7 “tibb bacısı kimi işə düzəltməsi” üçün 240 (iki yüz qırx) AZN məbləğində pul vermişdir. Eyni zamanda bildirir ki, Cavabdeh bu məsələ ilə bağlı bir neçə dəfə Lətafət xanımgilin yaşadığı İmişli rayonu, Sarxanlı kəndində yerləşən evində də olmuş və onun ilə görüşüb söhbət etmişdir. Cavabdeh söhbət zamanı ona özünü İmişli Rayon Məşğulluq İdarəsinin əməkdaşı kimi təqdim edib, ona müəyyən məbləğ pul qarşılığında “uşaq pulu, sosial pensiya düzəldə” biləcəyini demişdir. O da bir sadə insan kimi Cavabdeh inanmışdır. Onu da qeyd edir ki, İddiaçı özü də özünə “uşaq pulu düzəltmək” üçün 775 (yeddi yüz yetmiş beş) AZN məbləğində pulu, ümumilikdə 1415 (min dörd yüz on beş) AZN məbləğində pulu şəxsən Cavabdeh vermişdir. Lakin Cavabdeh 1415 (min dörd yüz on beş) AZN məbləğində pulu alsa da, lakin bu günədək nə onların işini düzəltmiş, nə də onların pulunu geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, İddiaçı onun qardaşının arvadıdır. Cavabdeh Lətafət xanıma görə tanımışdır. İddiaçı ona demişdir ki, “İlqar” adlı şəxs müəyyən məbləğ pul qarşılığında “uşaq pulu, sosial pensiya düzəldə” bilir. Eyni zamanda, Cavabdeh da bu məsələ ilə bağlı bir neçə dəfə Lətafət xanımgilin yaşadığı İmişli rayonu, Sarxanlı kəndində yerləşən evində olmuş və onun ilə görüşüb söhbət etmişdir. Cavabdeh söhbət zamanı da ona özünü İmişli Rayon Məşğulluq İdarəsinin əməkdaşı kimi təqdim edib, ona müəyyən məbləğ pul qarşılığında “uşaq pulu, sosial pensiya düzəldə” biləcəyini demişdir. O da bir sadə insan kimi Cavabdeh inanmışdır Bu səbəbdən də, o Cavabdeh İmişli rayonu, Sarxanlı kəndində “tibb bacısı kimi işə düzəltməsi” üçün İddiaçı 240 (iki yüz yüz) AZN məbləğində pul, eləcə də qardaşı X10 “sosial pensiya düzəltməsi” üçün 400 (dörd yüz) AZN məbləğində pul vermişdir. Onu da qeyd edir ki, İddiaçı da özünə “uşaq pulu düzəltmək” üçün 775 (yeddi yüz yetmiş beş) AZN məbləğində pulu, ümumilikdə 1415 (min dörd yüz on beş) AZN məbləğində pulu şəxsən Cavabdeh vermişdir. Lakin Cavabdeh 1415 (min dörd yüz on beş) AZN məbləğində pulu alsa da, lakin bu günədək nə onların işini düzəltmiş, nə də onların pulunu geri qaytarmışdır. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk əvvəl hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı Cavabdeh qarşı “pul” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olubolmaması; 2. Cavabdeh hüquqi əsas olmadan İddiaçı oğlunun hesabına əmlak (1415 (min dörd yüz on beş) AZN məbləğində pul vəsaiti) əldə edib-etməməsi kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əsassız varlanma”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsi əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “əsassız varlanma” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsası qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Bundan başqa, məhkəmə hesab edir ki, “varlanmış şəxs” Cavabdeh hüquqi əsas olmadan və ya həyata keçirilməmiş əsasə görə “məhrum olan” İddiaçı hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün İddiaçı pul məbləğinin (əmlakın) geri qaytarılması məqsədi ilə Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ; 3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi hallar, yəni mülki işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, o, iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Ümumiyyətlə, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır, gətirdiyi dəlillər əsaslı hesab edilir. Bundan başqa, iddia tələbinin əsası kimi istinad edilən və işin mübahisəli faktiki halları məhkəmə iclasında məhz iddiaçı tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul edilməli və mötəbər sübut kimi qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbinə qarşı etirazın əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, Cavabdeh izahatında etirazının əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1. İddiaçı əsassız varlanmaya görə pul məbləğinin (əmlakın) geri qaytarılması məqsədi ilə Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. Cavabdeh hüquqi əsas olmadan (haqq qazandıran qanuni əsas olmamağa görə) İddiaçı hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı; 3. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bildiyi və eləcə də, bu hal məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iddia təmin edilməli, Cavabdeh 1415 (min dörd yüz on beş) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı oğlunun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1415 (min dörd yüz on beş) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-412/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-412/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver