Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-43/2023 10.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərovun Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi və Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər, Cavabdeh və qeyrisinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər, Cavabdeh və qeyrisinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdehlər, Cavabdeh, Zamin1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 5418.91 manat əsas borc, 1704.28 manat faiz, 4038.74 manat cərimə, cəmi 11161.93 manat, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Yeni məhəllədə 0.00767 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 59.5 kv.m olan fərdi yaşayış evinə yönəldilərək ipoteka predmetinin açıq hərracdan satılmasından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti satıldıqdan 1 ay sonra Cavabdeh və X2 həmin evdən çıxarılması və vahid daşınmaz əmlak obyektinin boşaldılaraq İddiaçı QSC-ə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 055L**********78 nömrəli uzunmüddətli kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana 300000.00 (üç yüz min) ABŞ dollar məbləğində kredit xətti açılması barədə razılığa gəlmişlər. İşdə olan kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 005R********** nömrəli kredit razılaşmasının surətinə əsasən müqavilə tərəfləri borcalana aylıq 2.1667 faizlə 24 ay müddətinə 6000,0 (altı min) manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan ödəniş planına əsasən Cavabdeh İddiaçı QSC-dən aldığı 6000,0 manat kredit məbləğini 1785,22 manat faiz borcu ilə birlikdə hissə-hissə ödəməklə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2018-ci il tarixli, 005S**********01 nömrəli Zaminlik müqaviləsinin surətinə əsasən Zamin1 Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 005R********** saylı kredit razılaşması üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə оlаn xx.xx.2018-ci il tarixli 005M**********01 saylı İpоtеkа müqаviləsinin surətinə əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Yeni məhəllədə, bələdiyyə istifadəsində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, 0.00767 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 59.5 kv.m olan xüsusi mülkiyyətli fərdi yaşayış evi kredit verən İddiaçı QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 055L**********78 nömrəli uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşması üzrə verilmiş kredit məbləğinin, hesablanmış faiz və cərimələrin qaytarılmasının təmin еdilməsi üçün ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Fərdi taşayış evinin qiymətləndirilməsinə dair hesabata əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Yeni məhəllədə, istifadədə olan 0.00767 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 59,5 kv/m ümumi, 36,1 kv/m yaşayış, 23,4 kv/m yardımçı sahədən ibarət fərdi yaşayış evinin real bazar qiyməti 25.000,0 manat, likvid qiyməti 18.000,0 manat təşkil edir. İşdən görünür ki, borcalan Cavabdeh ilə kredit verən İddiaçı QSC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 5418.91 manat əsas borc, 1704.28 manat faiz borcu, 4038.74 manat cərimə, cəmi 11161.93 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq puı və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən şəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. «İpоtеkа Hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 33-cü mаddəsinə əsаsən bоrclu əsаs öhdəliyi icrа еtmədikdə və yа lаzımıncа icrа еtmədikdə ipоtеkа sахlаyаnın tələbinin ödənilməsi üчün ipоtеkа prеdmеtinə tutmа yönəldilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə ( mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QSC-nin xeyrinə cavabdehlər, Cavabdeh və Zamin1 müştərək qaydada xx.xx.2018-ci il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 5418.91 manat əsas borc, 1704.28 manat faiz borcu, 40,0 (30+10) manat dövlət rüsumu, 20 manat xidmət haqqı tutulmalı, cərimə məbləği isə əsas borca mütənasib olaraq ikirəqəmli həddə endirilməlidir; Tutma həmin kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Yeni məhəllə, istifadədə olan 0.00767 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 59.5 kv.m olan fərdi yaşayış evinə yönəldilərək ipoteka predmetinin açıq hərracdan satılmasından əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməli, ipoteka predmeti satıldıqda Cavabdeh və X3 yaşayış sahəsindən istifadə hüququna xitam verilərək mənzildən ən geci bir ay ərzində çıxarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdehlər, Cavabdeh və Zamin1 müştərək qaydada xx.xx.2018-ci il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 5418.91 (beş min dörd yüz on səkkiz manat, doxsan bir qəpik) manat əsas borc, 1704.28 (bir min yeddi yüz dörd manat, iyirmi səkkiz qəpik) manat faiz borcu, 50.00 (əlli) manat cərimə, 40 (qırx) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. Tutma ipoteka predmetinə yönəldilsin. İpoteka ilə yüklü edilmiş Seriya MH № ******* nömrəli Çıxarışa əsasən (qeydiyyat nömrəsi: **********) Cavabdeh məxsus olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Yeni məhəllə, istifadədə olan 0.00767 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 59.5 kv.m olan fərdi yaşayış evi açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin hərracdan ilkin satış qiyməti 25.000,0 (iyirmi beş min) manat məbləğində müəyyən edilsin. İpoteka ilə yüklü edilmiş Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Yeni məhəllə, istifadədə olan 0.00767 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 59.5 kv.m olan fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda Cavabdeh və X3 bir ay ərzində həmin mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-43/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-43/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver