Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-462/2022 30.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X2 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15.000 (on beş min) manat borcun, 100 (bir yüz) manat hüquqi xidmətlərə görə haqqın, 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun və 3 (üç) manat notariat hərəkətlərinə görə ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 15.238 (on beş min iki yüz otuz səkkiz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh münasibətləri yaxşı olmuşdur. Cavabdeh hərbidə MAXE kimi xidmət göstərirmiş. Cavabdeh 2021-ci ilin may ayında ona müraciət edib ailə vəziyyəti ilə əlaqədar təcili pula ehtiyacının olduğunu bildirmiş və ondan qısa müddətdə borc pul istəmişdir. Həmçinin Cavabdeh banka müraciət etdiyini, bir neçə günə bankdan kredit götürəcəyini, krediti alan kimi onun borcunu qaytaracağını bildirmişdir. Münasibətləri yaxşı olduğu üçün 20 may 2021-ci il tarixdə Cavabdeh 15.000 (on beş) manat borc pul vermişdir. Aralarında olan razılaşmaya görə cavabdeh borcu 2021-ci ilin may ayının sonunadək qaytarmalı idi. Cavabdeh bu barədə hərbiçi vəsiqəsinin surəti çıxarılmış kağıza öz xətti ilə qəbz yazıb imza etmiş və qəbzi ona vermişdir. Lakin bu günə kimi cavabdeh ona olan borcunu qaytarmamışdır. Həmçinin o, məhkəmədə iddia qaldırmaq, hüquqi məsləhət almaq və sənədləri tərtib etmək üçün ünvan 1 ünvanında yerləşən X3 müraciət etmiş və cəmi 100 manat hüquqi xidmət haqqı ödəmişdir. Bundan başqa məhkəmədə iddia qaldırmaq üçün 135 manat, notariusda şəxsiyyət vəsiqəsinin surətini təsdiq etmək üçün 3 manat dövlət rüsumu ödəmişdir. Ona görə də, həmin məbləğlərində cavabdehden tutulub ona ödənilməsini və iddianın təmin olunmasını xahiş etdi. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan qəbzdən görünür ki, xx xxxxx 1994-cü ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olmuş Cavabdeh İddiaçı 20 may 2021-ci il tarixdə borc olaraq 15.000 (on beş min) manat pul almış və həmin pulu 2021-ci ilin may ayının sonunadək İddiaçı qaytarmağı öz üzərinə götürmüşdür. Belə ki, işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh aralarında bağlanmış borc müqaviləsinə əsasən, İddiaçı 15.000 (on beş min) manat məbləğində pul almış və qaytarmamışdır. İşdə olan “X4” MMC tərəfindən verilmiş 11 dekabr 2022-ci il tarixli, 219771 seriya nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 100 manat hüquqi xidmət haqqı ödəmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15.000 manat borc, 100 manat hüquqi xidmətlərə görə haqq, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 135 manat dövlət rüsumu və 3 manat notariat hərəkətlərinə görə ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 15.238 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15.000 manat borc, 100 manat hüquqi xidmətlərə görə haqq, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 135 manat dövlət rüsumu və 3 manat notariat hərəkətlərinə görə ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 15.238 (on beş min iki yüz otuz səkkiz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-462/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-462/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver