Məhkəmə qərarları › İş №2(036)-48/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-48/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-48/2025 08.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra- BOKT İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı BOKT QSC iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 2319.58 manat məbləğində əsas borc, 734.26 manat faiz borcu olmaqla, cəmi 3053.84 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 50.84 manat pul vəsaitinin alınıb İddiaçı BOKT QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi X6 məhkəməyə ərizə verərək, 2(036)-48/2025 saylı məhkəmə işi ilə əlaqədar Cavabdeh1 adının cavabdeh qismində çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın dəlilləri: cavabdehlər birgə boclular ilə iddiaçının İmişli filialı arasında bağlanmış 23 oktyabr 2013-cü il tarixli 161 saylı kredit müqaviləsinə əsasən birgə borclulara 24 ay müddətinə illik 27 faizlə hər birinə 1500,0 manat olmaqla, cəmi 4500,0 manat məbləğində kredit verilmişdir. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yertirənədək birlikdə məsuliyyət daşımağa öz öhdələrinə götürmüşlər. Birgə borclular ilə bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən borcalanlar kredit və ona hesablanmış faizləri vaxtında ödəməyi öhdələrinə götürür və buna öz əmlakı ilə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 4500,0 manat əsas borc və ona hesablanmış faiz borcu qrafikə uyğun ödənilməli olduğu halda buna əməl edilməmiş, əsas borcdan 2102.51 manat, faiz borcundan isə 1189.49 manat ödəniş olmuşdur. Birgə borcluların Kredit Təşkilatına olan əsas borcu 2397.49 manat, faiz borcu 450.14 manat, cəmi borcu 2847.63 manat təşkil edir. Borcun ödənilməsi tələbi barədə cavabdehlərə, birgə borclulara dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Birgə borclulara göndərilmiş xəbərdarlıq məktubu da nəticəsiz qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X1 Pərvanə Valeh qızının BOKT İddiaçı QSC-yə borcu olmadığını bildirmiş və onun adına təmizlik kağızının verilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3n və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdehlər arasında bağlanmış 23 oktyabr 2013-cü il tarixli 161 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 1500 manat,Cavabdeh3 1500 manat və Cavabdeh2 1500 manat kredit verilmişdir. İşə əlavə edilmiş BOKT İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, BOKT İddiaçı QSC-nin müştərisi olan Cavabdeh1 23 oktyabr 2023-cü il tarixli 161 saylı “Birgə borclularla kredit müqaviləsi” üzrə BOKT İddiaçı QSC-yə 2397.49 manat əsas, 450.14 manat faiz borcu, cəmi 2897.63 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərdən İddiaçı QSC-yə 2397.49 manat əsas, 450.14 manat faiz borcu, cəmi 2897.63 manat borcu yaranmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli 9/2009 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 23 oktyabr 2013-cü il tarixli, 108 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh2 xx.xx.2015-ci il tarixə əsas borc 2319.39 manat, faiz borcu 397.39 manat, xx.xx.2024-cü il tarixə əsas borc 2319.39 manat, faiz borcu 297.39 manat, faiz borcu 5% ilə 979.30 manat müəyyən edilmişdir. Qeyd edilir ki, hesabdan çıxarış məlumatlarında Cavabdeh3 və Cavabdeh2 tərəfindən BOKT İddiaçı QSC-yə 23 oktyabr 2013-cü il tarixli, 108 saylı kredit müqaviləsi üzrə sualda qeyd edilən yəni xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixədək ümumilikdə 250 manat məbləğində ödəniş edildiyi müəyyən edilmişdir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər birgə boclular ilə iddiaçının İmişli filialı arasında bağlanmış 23 oktyabr 2013-cü il tarixli 161 saylı kredit müqaviləsinə əsasən birgə borclulara 24 ay müddətinə illik 27 faizlə cəmi 4500 manat məbləğində kredit verilmişdir. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yertirənədək birlikdə məsuliyyət daşımağa öz öhdələrinə götürmüşlər.Lakin cavabdehlər borcu ödəməmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdehlər ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən 23 oktyabr 2023-cü il tarixli 161 saylı “Birgə borclularla kredit müqaviləsi” üzrə BOKT İddiaçı QSC-yə 2397.49 manat əsas, 450.14 manat faiz borcu, cəmi 2897.63 manat borcu, pretenziya məktubuna əsasən isə xx.xx.2023-cü il tarixə 2397.49 manat əsas, 450.14 manat faiz borcu, cəmi 2897.63 manat borcu yaranmışdır. Ekspert rəyinə görə isə xx.xx.2025-ci il tarixli 9/2009 saylı rəyi ilə Cavabdeh3 və Cavabdeh2 xx.xx.2015-ci il tarixə əsas borc 2319.39 manat, faiz borcu 397.39 manat, xx.xx.2024-cü il tarixə əsas borc 2319.39 manat, faiz borcu 297.39 manat, faiz borcu 5% ilə 979.30 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 2319.39 manat məbləğində əsas borc, 297.39 manat faiz borcu olmaqla, cəmi 2616.78 (iki min altı yüz on altı manat yetmiş səkkiz qəpik) manat məbləğində borc və 46.16 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 BOKT İddiaçı QSC-nin xeyrinə 2319.39 manat məbləğində əsas borc, 297.39 manat faiz borcu olmaqla, cəmi 2616.78 (iki min altı yüz on altı manat yetmiş səkkiz qəpik) manat məbləğində borc və 46.16 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar