Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-488/2021 17.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 (iki min) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, İmişli şəhəri, N.Nərimanov küçəsində yerləşən mebel mağazasında müxtəlif cür mebel satışı ilə məşğuldur. xx xxxx 2019-cu il tarixdə İmişli rayon Aranlı kənd sakini Cavabdeh mağazadan “Madeyra” firmasının məhsulu olan 3850 manat dəyərində mebel dəsti ( yataq, qonaq və yumşaq mebel) götürmüş və həmin mebelin dəyərindən 1850 manat ilkin ödəniş etmiş qalan 2000 manat borcu isə ödəməmişdir. Cavabdehə borcun qaytarılmasına dair xəbərdarlıq olunsa da heç bir nəticəsi olmamışdır. Eyni zamanda, cavabdehi tanıdığı üçün mebelləri ona nisyə vermiş və aralarında hər hansı bir müqavilə bağlanmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, iddiaçı X1 mağazasında fəhlə işləmişdir. xx xxxx 2019-cu il tarixdə Cavabdeh mağazadan “Madeyra” firmasının məhsulu olan 3850 manat dəyərində mebel dəsti götürmüş və həmin mebelin dəyərindən 1850 manat ilkin ödəniş etmiş qalan 2000 manat borcu isə ödəməmişdir. İddiaçı Razi İbişov dəfələrlə onunla əlaqə saxlayaraq pulu tələb etsə də, cavabdeh qalan borcu ödəməmişdir. Məhkəmə iddiaçını və şahidi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh aralarında bağlanmış şifahi borc müqaviləsinə əsasən iddiaçıya məxsus mağazadan “Madeyra” firmasının məhsulu olan 3850 manat dəyərində mebel dəsti (yataq, qonaq və yumşaq mebel) almış və həmin mebelin dəyərindən 1850 manat ilkin ödəniş etmiş, qalan 2000 manat borcu isə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... 740.1-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 (iki min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı X3 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı X3 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-488/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-488/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver