Məhkəmə qərarları › İş №2(036)-495/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-495/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-495/2021 22.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X1 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı, onun vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.000 (on min) manat məbləğində dəymiş ziyanın, gecikdirilmiş bank faizlərinin və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi və cavabdehin onu aldadaraq 20.000 (iyirmi min) manat pul vəsaitinin ələ keçirilməsi barədə aidiyyati Prokurorluğa xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ona pul qoyub iş görüb qazanc götürməyi təklif etdikdə o, razılaşmış və cavabdehə 25.000 (iyirmi beş min) manat pul vermişdir. Xeyli müddət keçdikdən sonra cavabdeh ona qazanc verməmişdir. Bundan sonra o, cavabdehdən pulunu tələb etmiş, lakin Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Sonradan ona məlum olmuşdur ki, onun iş görüb qazanc götürmək fikri olmamışdır. O, Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Həmin təşkilatda araşdırma zamanı ona 25.000 manat puldan, 15.000 manat pulu qaytarmış və qalan pulu yaxın zamanda ödəyəcəyini bildirmişdir. Lakin o, qalan pulu qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh 16 mart 2021-ci il tarixli məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərmişdir ki, 2019-cu ilin mart ayının əvvələrində İddiaçı 25000 mnat iş qurmaq üçün pul almış, sonradan işi alınmadığına görə pulu qaytara bilməmişdir. Lakin o, bir müddət sonra iddiaçıya olan borcundan 15000 manatını ödəmişdir. Hazırda onun iddiaçıya 10000 manat borcu vardır. Buna baxmayaraq iddiaçı ondan əlavə pul da tələb edir. Onun maddi sıxıntıları olmazsa iddiaçıya olan borcunu qaytarardı. Maddi vəziyyətinin ağır olduğu halda iddiaçının ondan əlavə pul vəsati tələb etməsini düzgün doğru hesab etmir. Odur ki, iddia tələbinin qismən təmin olunmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən verilmiş 31 may 2021-ci il tarixli, 007-7143- 1221 saylı arayışdan görünür ki, Cavabdeh izahatında 2019-cu ilin mart ayının əvvələrində tanışı İddiaçı 16.000 manat pulu üzərində əlavə olaraq 5000 manat, həmin ilin mart ayının ortalarında 9000 manat pulu üzərində əlavə olaraq 3000 manat pul ödəmək şərtilə borca alsa da, qeyd olunan məbləği “Topaz” mərc oyunlarına sərf edib uduzduğundan geri qayatara bilməmiş və İddiaçı 25.000 manat borcu qaldığını bildirmişdir. Araşdırma aparılması zamanı Cavabdeh İddiaçı olan borcundan 15000 manatınbın ödətdirilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... 740.1-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar