Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-5/2023 23.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi və iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" KB QSC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB QSC (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh iddiaçı "xxxx" KB QSC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 1xx/xx/129170/15 saylı kredit müqaviləsi üzrə 448.11 manat əsas borc, 212.15 manat faiz borcu, 664.16 manat cərimə borcu, cəmi 1324.42 manat və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı "xxxx" KB QSC-nin (Ləğv prosesindədir) nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" KB QSC-nin (Ləğv prosesindədir) nümayəndəsi X2 dinləyib işin materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşdə olan kreditor "xxxx" KB QSC (Ləğv prosesindədir) ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/129170/15 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 26 faizlə 12 ay müddətinə 1000 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 1xx/xx/129170/15 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə 448.11 manat əsas borc, 212.15 manat faiz borcu və 664.16 manat cərimə borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" KB QSC-nin (Ləğv prosesindədir) xeyrinə 448.11 manat əsas borc, 212.15 manat faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə borcu isə əsas borca mütənasib olaraq azaldılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 448.11 (dörd yüz qırx səkkiz manat on bir qəpik) manat əsas borc, 212.15 (iki yüz on iki manat on beş qəpik) manat faiz borcu, 10 (on) manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulub iddiaçı "xxxx" KB QSC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-5/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-5/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver