Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-5/2024 27.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X16 qarşı “borcun tutulması” tələbinə dair mülki mübahisə (açar sözlər: kredit borcu) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X16 qarşı cavabdehlərdən 8006,20 ABŞ dolları məbləğində əsas kredit borcunun, 980,07 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcunun, 800,62 ABŞ dolları məbləğində penya borcunun, cəmi 9786,89 ABŞ dolları məbləğində borcun, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclular Cavabdeh1, Cavabdeh2 və X16 qarşı borclulardan 8006,20 ABŞ dolları məbləğində əsas kredit borcunun, 980,07 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcunun, 800,62 ABŞ dolları məbləğində penya borcunun, cəmi 9786,89 ABŞ dolları məbləğində borcun, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun kreditora ödənilməsi barədə əmr verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, 14035-/114725 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən kreditor "Bank Respublika” ASC-nin İmişli filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 24% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 12500 ABŞ dolları məbləğində kredit verilmişdir. 14035-/114725 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh2 arasında 14035-/442128 Z saylı xx.xx.2014-cü il tarixli və X22 arasında 14035-/125708 Z saylı xx.xx.2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Borclu şəxs Cavabdeh1 qeyd olunan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bununla bağlı onun özünə, eləcədə öhdəlik üzrə zaminləri Cavabdeh2 və X16 dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq onlar müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmişlər. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh1 xx.xx.2015ci il tarixə kreditora 8006,20 ABŞ dolları məbləğində əsas kredit borcu, 980,07 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə taiz borcu, 800,62 ABŞ dolları məbləğində penya borcu, cəmi 9786,89 ABŞ dolları məbləğində borcu qalmaqdadır.
3. İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(036)-4371/2015 saylı məhkəmə əmrinə əsasən borclular Cavabdeh1, Cavabdeh2 və X9 müştərək qaydada 8006,20 ABŞ dolları əsas borc, 980,07 ABŞ dolları faiz borcu, 800,62 ABŞ dolları penya borcu, cəmi 9786,89 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına keçilməsi barədə əmr verilmişdir.
4. Borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixdə etirazla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(036)-4371/2015 saylı məhkəmə əmrinin ləğv edilməsini və işin iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir.
5. İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-4371/2015 saylı qərardadına əsasən İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(036)-4371/2015 saylı məhkəmə əmrinin ləğv edilməsi və işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
9. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 460.3-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəlliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə X4 şəxsində və borc alan Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 14035-/114725 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borc alana 24 ay müddətinə illik 24% olmaqla 12500 ABŞ dolları məbləğində kredit verilməsi, borc alan tərəfindən isə kreditin müqavilədə nəzərdə tutulan qaydada qaytarılması müqavilənin predmetini təşkil etmişdir.
13. "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə X4 şəxsində və zamin Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 14035-/442128 Z saylı Zaminlik müqaviləsindən görünür ki, borclunun kreditor qarşısında 14035-/114725 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zamin və borclunun kreditor qarşısında birgə məsuliyyət daşıması müqavilənin predmetini təşkil etmişdir.
14. "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə X4 şəxsində və zamin X22 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 14035-/125708 Z saylı Zaminlik müqaviləsindən görünür ki, borclunun kreditor qarşısında 14035-/114725 saylı xx.xx.2014cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zamin və borclunun kreditor qarşısında birgə məsuliyyət daşıması müqavilənin predmetini təşkil etmişdir.
15. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İmişli filialının direktoru vəzifəsində işləmiş X4 və digərlərinin Azərbaycan Respublikasə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləndirilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-231/2018 saylı 15 noyabr 2018-ci il tarixli hökmündən görünür ki, sonuncu həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək tanış X17 ilə əlbir olub cinayət əlaqəsinə girərək, "xxxx" ASC-nin ona etibar olunmuş külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talama məqsədilə, aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq ayrılacaq kreditlərin Samir İsmayılovla şəxsi məqsədləri üçün, yəni sonuncu ilə mobil telefonların alqı-satqısını həyata keçirərək gəliri aralarında bölüşdürəcəklərinə dair razılaşmaqla, Samir İsmayılovun köməkliyi ilə, yəni onun banka gətirdiyi ayrı-ayrı şəxslərin, o cümlədən hazırki iş üzrə Cavabdeh1 adına xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 12500 ABŞ dollarıın kredit kimi götürüldüyünü rəsmiləşdirməklə müvafiq kredit və zaminlik müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 53 nəfər fiziki şəxsin adına olan 56 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş cəmi 454365.85 manat pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb Samir İsmayılovla aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə "xxxx" ASC-nin ona etibar olunmuş xeyli və külli miqdarda əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışlar. Hökmlə təqsirləndirilən şəxslər cinayət əməllərinin törədilməsində təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər, həmçinin "xxxx" ASC-nin mülki iddiası təmin olunaraq təqsirləndirilən şəxslər X3 165268 manat, X5 99824.3 manat, X7 13410 manat və X10 29434 manat alınaraq mülki iddiaçı "xxxx" ASC-nə ödənilməsi hökm edilmişdir.
16. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)171/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarından çıxarışdan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı Müşfiq Rəhimov tərəfindən, apelyasiya protesti, zərərçəkmiş hüquqi şəxs "xxxx"ASC-nin İdarə heyətinin j sədri Asəf Namazov, məhkum edilmiş şəxslər Əlizamin Şükürov və Samir İsmayılov tərəfindən ayrıayrılıqda veriliş apelıyasiya şikayətinə baxılmış, məhkum edilmiş şəxs Əlizamin Şükürov və Samir İsmayılov tərəfindən verimiş apelyasiya şikayəti təmin edilməmiş, hökm apelyasiya protesti və zərərçəkmiş şəxsin apelyasiya şikayətinə əsasən məhkum olunmuş şəxslər X17 və X11 münasibətdə dəyişdirilərək X8 CM-nin 62-ci maddəsi tətbiq edilməklə CM-179.3.2ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X11 CM-nin 308.1-ci maddəsi ilə qazancından 15% dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzası təyin olunmuş, X18 təyin olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-231/2018 nömrəli, 15 noyabr 2018-ci il hökmü apelyasiya protesti və apelyasiya şikayətlərinə əsasən qalan hissədə və məhkum olunmuş şəxslər X12, X19, X23, X24, X13 və X14 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
18. Baxılan iş üzrə Bank kredit müqaviləsi üzrə yaranmış borcun borcalandan və zaminlərdən birgə qaydada tutulmasını tələb edir.
19. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi - müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir.
20. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş və MPM-in 82.4-cü maddəsinə əsasən hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan hallar Bankla borcalan arasında etibarlı kredit (borc) müqaviləsinin bağlandığını istisna edir.
21. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 (99)-231/2018 nömrəli, 15 noyabr 2018- d i tarixli hökmü ilə müəyyən edilmişdir ki, X1 İmişli filialının direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək, tanışı X17 ilə əlbir olub cinayət əlaqəsinə girərək, Bankın ona etibar olunmuş külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talama məqsədilə, aralarında olan dnayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq ayrılacaq kreditlərin Samir İsmayılovla şəxsi məqsədləri üçün, yəni sonuncu ilə mobil telefonların alqı-satqısını həyata keçirərək gəliri aralarında bölüşdürəcəklərinə dair razılaşmaqla, Samir İsmayılovun köməkliyi ilə, yəni onun Banka gətirdiyi ayrı-ayrı şəxslərin, o cümlədən hazırkı iş üzrə cavabdeh X20 adma 01 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 10000 manatın kredit kimi götürüldüyünü rəsmiləşdirməklə, müvafiq kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 53 nəfər fiziki şəxsin adma olan 56 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş cəmi 454.365,85 manat pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb Samir İsmayılovla aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə iddiaçının ona etibar olunmuş xeyli və külli miqdarda əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışlar.
22. Qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş hallar baxımından Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan X12 və qeyrilərinin cinayət əməlini həyata keçirməyə kömək məqsədilə yalnız görünüş üçün bağlanmışdır. Mülki Məcəllənin 337.3 və 340.1-ci maddələrinə əsasən həmin əqd uydurmadır və məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
23. Eyni zamanda baxılan iş üzrə Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən tələb olunan məbləğin etibarsız əqd üzrə alınanların digər tərəfə qaytarılması qaydasında tutulması da qeyri- mümkündür. Çünki istinad olunan cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış Bankın mülki iddiası təmin olunmuş, cinayət nəticəsində Bankın məhrum olduğu əmlakın həmin cinayətin törədilməsində təqsirli şəxslərdən tutularaq Banka ödənilməsi qərara alınmışdır.
24. Bununla yanaşı, Bankla borcalan arasında bağlanmış kredit müqaviləsinin etibarsızlığı səbəbindən Mülki Məcəllənin 460.3-cü maddəsinə əsasən zaminlik öhdəlikləri də etibarsız olduğundan zaminlərə qarşı iddia da əsassızdır.
25. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
VI. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X16 qarşı cavabdehlərdən 8006,20 ABŞ dolları məbləğində əsas kredit borcunun, 980,07 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcunun, 800,62 ABŞ dolları məbləğində penya borcunun, cəmi 9786,89 ABŞ dolları məbləğində borcun, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev