Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-511/2021 01.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20 sentyabr 2019-cu il tarixli, SVNPU-2510 saylı kredit müqaviləsi üzrə 1535.61 manat əsas borc, 58.05 manat faiz borcu, cəmi 1593.66 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2019-cu il tarixli, SVNPU-2510 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 22% olmaqla 2700 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş, borcu tam ödəməmişdir. Cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 20-dən gec olmayaraq hər ay 140.08 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı vaxtında və lazımı qaydada icra etməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəmə müraciət edərək bildirmişdir ki, məhkəmə gedişatı zamanı cavabdeh əsas borc üzrə qismən ödəniş etmiş, faiz borcu isə artmışdır. Ona görə də, Cavabdeh 20 sentyabr 2019-cu il tarixli, SVNPU-2510 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1255.61 manat, faiz borcu üzrə 105.71 manat olmaqla, cəmi 1361.32 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin materiallarında olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 20 sentyabr 2019-cu il tarixli, SVNPU-2510 saylı kredit müqaviləsindən görünür ki, müqavilə tərəfləri borcalana 24 ay müddətinə illik 22% olmaqla 2700 manat məbləğində kredit verilmişdir. İşdə olan 20 sentyabr 2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, həmin tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 2700 manat məbləğində pul nağd olaraq verilmişdir. İşdə olan 20 noyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20 sentyabr 2019-cu il tarixli, SVNPU-2510 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan əsas borcu 1535.61 manat və faiz borcu 58.05 manat təşkil edir. İşdə olan 15 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20 sentyabr 2019-cu il tarixli, SVNPU-2510 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan əsas borcu 1255.61 manat və faiz borcu 105.71 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, hazırda onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20 sentyabr 2019-cu il tarixli, SVNPU-2510 saylı kredit müqaviləsi üzrə 1255.61 manat əsas borc, 105.71 manat faiz borcu və 30 manat məbləğində dövlət rüsumu, cəmi 1391.32 manat məbləğində pul tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 20 sentyabr 2019-cu il tarixli, SVNPU-2510 saylı kredit müqaviləsi üzrə 1255.61 manat əsas borc, 105.71 manat faiz borcu və 30 manat məbləğində, cəmi 1391.32 (min üç yüz doxsan bir manat, otuz iki qəpik) manat məbləğində pul tutulub İddiaçı ASC -nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-511/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-511/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver