Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-535/2021 03.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlu, iddiaçı LP BOKT «X2» MMC-nin cavabdehlər, Cavabdeh və qeyrisinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LP BOKT «X2» MMC-nin cavabdehlər, Cavabdeh və qeyrisinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı LP BOKT «X2» MMC-nin xeyrinə cavabdehlər, Cavabdeh və Zamin müştərək qaydada 418.30 manat əsas borc, 14.76 manat faiz borcu, 41.83 manat cərimə, cəmi 474.89 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor LP BOKT «X2» MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli LD/15341/00091 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 7.99 faizlə 13 ay müddətinə 495.00 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2015-ci il tarixli LD/15341/00091 tarixli Zaminlik müqaviləsinə əsasən Zamin Cavabdeh ilə LP BOKT «X2» MMC-nin arasında bağlanmış xx.xx.2015-ci il tarixli LD/15341/00091 saylı kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan ödəniş cədvəlinə əsasən Cavabdeh LP BOKT «X2» MMC-dən aldığı 495.00 manat kredit məbləğini cəmi 27.96 manat faizlə birlikdə ayda 50.00 manat ödəməklə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli LD/15341/00091 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş qaydada 418.30 manat əsas borc, 14.76 manat faiz borcu, 41.83 manat cərimə hesablanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər, Cavabdeh və Zamin müştərək qaydada 418.30 manat əsas borc, 14.76 manat faiz borcu, 41.83 manat cərimə və dövlət rüsumuna görə 20 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdehlər, Cavabdeh və Zamin müştərək qaydada 418.30 (dörd yüz on səkkiz manat otuz qəpik) manat əsas borc, 14.76 (on dörd manat yetmiş altı qəpik) manat faiz borcu, 41.83 (qırx bir manat səksən üç qəpik) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat tutulub iddiaçı LP BOKT «X2» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsi nə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-535/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-535/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver