Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-54/2020 03.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 348 manat əsas borcun, 495 manat cərimə borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, İmişli rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(036)-1329/2016 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. İmişli rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(036)-1329/2016 saylı qərardadı ilə Cavabdeh etirazına əsasən İmişli rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(036)- 1329/2016 saylı məhkəmə əmri ləğv edilərək işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 izahatında göstərdi ki, İddiaçı İmişli şəhərində yerləşən mağazada təsərrüfat mallarının satışı ilə məşğuldur. Bir neçə ildir ki, fiziki şəxs kimi fəaliyyət göstərir. Malların satışı nağd qaydada və ya alıcı ilə aralarında bağlanmış müqavilə əsasında aylar üzrə hissə-hissə ödənilməklə həyata keçirilir. Cavabdeh ilə aralarında xx xxxxxx 2012-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh 700 manat dəyərində olan “EVROLİNE”-12.000 markalı kondinsioner almışdır. Borclu aldığı əşyanın pulunu 12 ay müddətinə razılaşdırılmış ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtinə görə əgər borclu pulu vaxtinda ödəməzsə, gecikdirməyə görə cərimə pulu da ödənilməlidir. Lakin, borclu qismən ödəniş etmiş, sonradan müqavilənin şərtinə əməl etməyərək borcunu ödəməmişdir. Borcun ödənilməsi üçün borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırmışdır. Onun bu hərəkəti müqavilənin şərtlərinin kobud şəkildə pozulması deməkdir. Hazırda Cavabdeh iddiaçıya 348 manat borcu qalmışdır. O, borcunu vaxtında ödəmədiyindən müqaviləyə əsasən ona 495 manat məbləğində cərimə pulu hesablanmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh 348 manat əsas borcun, 495 manat cərimə borcunun tutulmasını xahiş edir. Lakin Cavabdeh ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə aralarında bağlanmış xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmiş, İmişli Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(036)-272/2020 saylı qətaməsi ilə iddia təmin olunmuş və həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Buna baxmayaraq hazırda iddiaçının nümayəndəsi iddianı müdafiə edir və təmin ounmasını xahiş edir. Halbuki iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia rədd edilməlidir. İşdən görünür ki, İddiaçı Cavabdeh xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcun tutulmasını xahiş edir. İşdən görünür ki, Cavabdeh həmin müqavilənin etibarsız hesab edilməsi tələbi barədə ayrıca iddia ərizəsi ilə olan İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(036)-272/2020 saylı qətaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Göründüyü kimi İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iddia tələbinin əsasını təşkil edən xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsinə baxmayaraq həmin müqavilə üzrə borc tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsasını təşkil edən xx xxxxxx 2012-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edildiyindən həmin müqavilə üzrə iddiaçının borc tələbinin hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunmasın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-54/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-54/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver